Çin öz istehsalı olan ilk təyyarədaşıyan gəmini suya buraxıb
Tarix: 26.04.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Çin tamamilə milli layihə ilə hazırlanan ilk təyyarədaşıyan gəmini Dalyan limanında suya endirib. Yerli KİV-lər tikintisi 2013-cü ilin noyabrında başlayan “Type 001A” gəmisinin son hazırlıq və sınaqlardan sonra 2020-ci ildə silahlı qüvvələrin arsenalına qəbul ediləcəyini yazır. TASS informasiya agentliyi xəbər verir ki, yeni gəminin uzunluğu 315 metr, eni 75 metrdir. Təyyarədaşıyan saatda 60 kilometrə yaxın sürətlə hərəkət edə bilir. Onun göyərtəsində 36 ədəd “Szyan-15” qırıcı təyyarəsi yerləşəcək. Hazırda Çinin Hərbi Dəniz Qüvvələrinin arsenalında “Lyaonin” adlı bir təyyarədaşıyan gəmi var. O, 90-cı illərin sonlarında Ukraynadan alınan “Varyaq” aviadaşıyıcı kreyserin bazasında hazırlanıb. “Type 001A” təyyarədaşıyanı “Lyaonin”in prinsipinə uyğun, lakin ölçüsünə görə bir qədər böyük və bir sıra modifikasiyalarla tikilib. Çin hazırda böyük həcmli üçüncü “üzən aerodromun” tikintisini də davam etdirir. Bu gəminin, eyni zamanda, nüvə-güc qurğusu və bir neçə buxar katapultu ilə təchiz olunması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Səudiyyə Ərəbistanı ölkədə ABŞ hərbi kontingentini yerləşdirməyə hazırdır
20.07.2019
Britaniyanın XİN rəhbəri İranı tankerlərin saxlanılmasının nəticələri barədə xəbərdar edib
20.07.2019
ABŞ Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib
20.07.2019
Böyük Britaniya Hörmüz boğazında tankerin saxlanılmasından olduqca narahatdır
20.07.2019
İİKK Hörmüz boğazında Britaniyaya məxsus neft tankerini saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info