“Sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir”
Tarix: 26.04.2017 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


“Tarixi təcrübə sübut edib ki, xüsusi mülkiyyətə, özəl təşəbbüslərə, işgüzarlığa, azad biznes fəaliyyətinə və rəqabətə əsaslanmayan hər hansı iqtisadi model səmərəli ola bilməz”.
“Trend”in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "Biznes həyatı" jurnalında dərc olunan məqaləsində deyilir. Ə.Həsənov qeyd edib ki, sahibkarlığın dəstəklənməsi Azərbaycan dovlətinin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən birini təşkil edir: “Dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi, iqtisadi qanunvericiliyin, inzibati prosedurların və institutsional mexanizmlərin təkmilləşdirilməsi, biznes subyektləri arasında işgüzar əlaqələrin inkişafi, sosial-iqtisadi proqramların həyata keçirilməsi və digər ardıcıl tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80%-i ötüb, məşğul əhalinin 70%-dən çoxu bu sektorda cəmləşib”. PA rəsmisi bildirib ki, Azərbaycanda sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir. Azərbaycan Prezidenti İlham Əliyevin Saatlıda pambıqçılığın inkişaf məsələlərinə həsr olunmuş respublika müşavirəsində qeyd etdiyi kimi bu sahədə xüsusi əhəmiyyət daşıyan amil dövlət başçısının ardıcıl siyasi dəstəyinin olmasıdır. Prezident İlham Əliyev tez-tez sahibkarlarla görüşür, onların problemlərinin həlli yönündə tapşırıqlar verir, iş adamlarını ölkə iqtisadiyyatına daha böyük sərmayə yatırmağa həvəsləndirir. Ə.Həsənov yazır ki, qlobal iqtisadi böhranın təsirləri, dünya bazarında konyuktur və qiymət tərəddüdləri dövlətin iqtisadi siyasətində nəzərə alınaraq, vaxtında və adekvat addımlar atılır: “Hazırda bu siyasətin əsas qayəsini ölkə iqtisadiyyatının şaxələndirilməsi, neftdən asılılığın aradan qaldırılması təşkil edir. Son vaxtlar biznes və investisiya mühitinin yaxşılaşdırılması iqtiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısı milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini təsdiq edib. Şübhə yoxdur ki, bu sənədlərdə nəzərdə tutulan tədbirlərin reallaşdırılması sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verəcək”.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26.06.2019
Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır
26.06.2019
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26.06.2019
Gədəbəyin daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
26.06.2019
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info