“Avropa milli liderlərin yox, transmilli qüvvələrin idarə etdiyi məkana çevrilib”
Tarix: 26.04.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Vladimir Lepexin: “ABŞ-da Trampı hakimiyyətə gətirən qüvvə və ya qüvvələr Fransada da Makronu dövlət başçısı edəcəklər”


Fransada keçirilən prezident seçkilərinin ilk turunda ən çox səs toplayan iki namizəd-Makron və Le Pen ikinci tura vəsiqə qazandılar. Dünyanın bir sıra nüfuzlu KİV orqanı ikinci turda kimin qalib olacağı ilə bağlı müxtəlif rəylər ortaya qoyur. Amma əsas fikir belədir ki, qalib Makron olacaq. Niyə Makron? Rusiya mətbuatı Makronun nəyə görə qalib olacağı ilə bağlı maraqlı yanaşma ortaya qoyub.
“RİA Novosti”nin təqdim etdiyi yazıda qeyd edilir ki, ikinci tur üçün Makronun qələbə “planı” var. Fransada keçirilən seçki ilə ABŞ-da keçirilən seçki arasında paralellik aparılır. Qeyd edilir ki, ABŞ-da Trampı hakimiyyətə gətirə qüvvə və ya qüvvələr Fransada da Makronu dövlət başçısı edəcəklər. Ekspert Vladimir Lepexin yazır ki, ABŞ-da keçirilən seçki zamanı Donald Trampın qalib olacağına heç kim inanmırdı. Amerikanın hakimiyyət maşını, siyasi isteblişment, aparıcı KİV orqanları qalibin kim olacağını müəyyən etmişdi. Amma bütün siyasi proqnozları, sosioloji sorğuları alt-üst edən nəticə qeydə alındı - hamının qalib kimi baxdığı Klinton yox, Tramp prezident seçildi: “Tramp tək deyil. O, qarşılarına konkret qlobal məqsədlər qoyan oliqarx və siyasətçilərin transmilli komandasının vacib elementidir. Bu yanaşma təkcə ABŞ üçün yoxu, dünyanın başqa vacib regionları üçün də keçərlidir. Belə vacib regionlardan biri də Avropadır. Fransada may ayında keçiriləcək ikinci tur seçkisinin və payızda Almaniyada keçiriləcək parlament seçkisinin nəticəsini proqnozlaşdırmaq üçün ABŞ-ın 45-ci prezidenti və Fransada prezidentliyə namizəd Makronun arxasında dayanan qüvvələrin məntiqini anlamaq lazımdır. Kimlərsə belə qənaətə gələ bilər ki, bir sıra göstəricilərinə görə Trampa ən yaxın olan namizəd Le Pendir. Hər ikisi konservator, sərt miqrasiya siyasətinin tərəfdarıdır. Amma bu oxşarlıq heç nəyi dəyişmir. ABŞ-da Trampı hakimiyyətə gətirən qüvvələr Fransada Makrona “stavka” edirlər. Seçki kampaniyasının əvvəlində heç bir yerdə adı çəkilməyən 39 yaşlı Makron bu gün iki əsas namizəddən birinə çevrilib.

“Makron zəif liderdir. Transmilli qüvvələri təmin edən əsas məqam da onun rahat idarə olunması və mütləq şəkildə proqnozlaşdırıla bilən olmasıdır. Le Pen isə belə deyil - o, idarəolunmazdır. ABŞ-da Trampı hakimiyyətə gətirən qüvvələrə başda Almaniya və Fransa olmaqla idarə olunan Avropa lazımdır”

Fransada seçki prosesini idarə edən qüvvələr Makronun tərəfindədir. Həmin qüvvələr prosesi seçki qərargahını maliyyə, sosial şəbəkə və aparıcı KİV orqanlarında təbliğat və siyasi texnoloqlar komandası ilə təmin etməklə idarə edirlər. Şəxsi həyatından savayı heç nə ilə yadda qalmayan bir şəxs nəyə görə həmin qüvvələrin etibarını qazanıb? İqtisadiyyat naziri işləmiş Makron peşəkar iqtisadçı olmaqla qlobalistlərin təbii müttəfiqi sayılır. Onun ilk turdakı qələbəsi Avropa birjalarına rahatlıq gətirdi. Oliqarxiya qüvvələri onun ikinci turdakı qələbəsindən sora tam rahat nəfəs alacaqlar. Məsələ ondadır ki, Makron zəif liderdir. Transmilli qüvvələri təmin edən əsas məqam da onun rahat idarə olunması və mütləq şəkildə proqnozlaşdırıla bilən olmasıdır. Le Pen isə belə deyil - o, idarəolunmazdır. Bəli, Le Peninin də ikinci turda qalib gəlmək şansı var. Amma 1/10 nisbətində”. Ekspert şərhində qeyd edir ki, ABŞ-da Trampı hakimiyyətə gətirən qüvvələrə başda Almaniya və Fransa olmaqla idarə olunan Avropa lazımdır: “Məhz bu səbəbdən həmin qüvvələr Fransada idarəolunan namizədə, Almaniyada isə “güclü”, amma yenə də idarəolunan namizədə “stavka” edir. Həmin qüvvələr Almaniyaya Avropanın “top-meneceri” rolunu ayırıb. Qlobalistlər onsuz da Berlinin vasitəsilə həm Avropa İttifaqını, həm də avrozonanı idarə edirlər. Böyük ehtimalla Almaniyanın “güclü”, amma idarəolunan lideri yenə də Merkel olacaq. Xanım kansler Obamayönlü siyasətini artıq Trampyönlü siyasətə dəyişməyə başlayıb. Elə buna görə həmin qüvvələr fəaliyyəti proqnozlaşdırıla bilməyən Ştaynmayeri oyundan uzaqlaşdırdılar”. Məqalədə qeyd edilir ki, Britaniyada “Brexit”lə bağlı referendum oyunu da həmin qüvvələr tərəfindən incə şəkildə reallaşdırıldı. Bu oyunu təşkil edənlərin məqsədi yeni transregional birlik yaratmaqdır: “Həmin qüvvələrə Avropada güclü, idarəolunmaz lider lazım deyil. Ona görə də belə siyasətçilər oyundan uzaqlaşdırılır. Əvvəllər həmin liderlər fiziki yollarla uzaqlaşdırılırdı. Məsələn, Şarl de Qola sui-qəsd, Ulof Palmenini qətli, Miloşeviçin həbsxanada ölümü, Berluskoniyə qarşı cinayət işi və s. Son vaxtlar isə bu metodu “yumşaq güc” əvəzləməyə başlayıb. Ölkələrin seçiciləri könüllü şəkildə seçdikləri, amma faktiki olaraq kənardan onlara təqdim edilən namizədə səs verirlər. Avropada artıq başa düşürlər ki, seçilən dövlət başçılarının ölkədə nəyisə dəyişməsini gözləmək mənasızdır. Avropa milli liderlərin yox, transmilli qüvvələrin idarə etdiyi məkana çevrilib. Ona görə də Avropa dövlətlərinin əksəriyyətində də dövlət başçısı postu nominaldır. Bir həftədir dünya mediasında belə bir başlıq yayılır: “Albaniyada prezident olmağa namizəd tapılmır”. Bu, hələ başlanğıcdır. Şərqi Avropa ölkələrinin əksəriyyətində oxşar tendensiya gedir. Mümkün namizədlərin prosesdən uzaqlaşdırılması və yüksək səviyyəli siyasətçilərin çatışmazlığı daha çox hiss olunacaq. Amma Fransada 11 namizəd mübarizə apardı. Bu, sadəcə şou idi- hər şeyin əvvəldən həll olunuduğu seçkiyə rəqabət havası qatmaq üçün. Avropa orta əsrləri xatırladır. O zaman qitəni Vatikan idarə edirdi, indi isə yeni Vatikan - qlobalizm ideoligiyasına sitayiş edənlər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info