“Dnestryanı bölgə iki ilə Moldovaya birləşdiriləcək”
Tarix: 26.04.2017 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Dodon gələn il ölkədə keçiriləcək parlament seçkilərində Dnestryanı bölgənin də iştirakını təklif edib

Moldova prezident Dodonun iki il müddətinə Dnestryanı bölgənin Moldavaya birləşdirəcəyi ilə bağlı sensasiyalı bəyanatı genis rezonans doğurub. Moldovada hesab edirlər ki, sensasiyalı bəyanat reallığı əks etdirmir. Dodonın fikirlərini rədd edən Dnestryanı tərəfi isə Moldovanın qondarma respublikanı tanımasına eyham vurub.
Dnestryanı bölgənin “rəhbəri” Vadim Krasnoselskiy bildirib ki, gələn il Moldovada keçiriləcək parlament seçkilərində iştirak etməyəcəklər. “Dnestryanı xalqı ölkələrinin müstəqilliyini əsas tutaraq artıq inkişaf vektorunu müəyyən edib. Bu, aydın və başa düşüləndir. Bu mənada istənilən problemi, iqtisadi, humanitar və mədəni xarakterli məsələləri müzakirə etməyə hazıram. Bütün bunlarla yanaşı, biz Dnestryanı bölgənin nümayəndələrinin Moldova parlamentində təmsil olunması ilə bağlı təklifləri eşidirik. Hansı nümayəndəlik?”. Xatırladaq ki, Dodon ona gələn il ölkədə keçiriləcək parlament seçkilərində Dnestryanı bölgənin də iştirak etməsini təklif etmişdi. Separatçı bölgənin “rəhbəri” hesab edir ki, rəsmi Kişinyov öz qanunlarında düzəliş etməli və Dnestryanı bölgəni tanımalıdır: “Qanunla heç bir Dnestryanı vətəndaşı Moldova parlamentinə keçirilən seçkilərdə iştirak edə bilməz və hesab edirəm ki, bu, ən ədalətli variantdır”. Amma Dodon iki il müddətində Dnestryanı bölgəsinin Moldovaya birləşdiriləcəyini istisna etmir. O, bu birləşmənin 2019-2020-ci illərdə həyata keçiriləcəyini deyib: “Dnestryanıda 350 mindən artıq moldovalı yaşayır. Düşünürəm ki, biz hansısa mərhələdə onları ölkəyə inteqrasiya edə bilərik. Mənim ehtimalıma görə, bu, 2019-2020-ci illərə təsadüf edəcək. Bu məsələnin təməlini qoymaq üçün onlara 2018-ci ildə Moldavanın siyasi həyatında iştirak etmək üçün imkan yaratmalıyıq”. Dodonun planına əsasən, Dnestryanı bölgə 2018-ci ildə Moldova parlamentinə keçiriləcək seçkilərdə iştirak edərsə, 5 və ya 6 mandat əldə edə bilər: “Onların parlamentdə öz fraksiyaları olacaq. Yalnız bu yolla biz ölkəmizin birləşməsinə nail ola bilərik”. “Vzqyad” yazır ki, əgər bu plan baş tutarsa, Dnestryanı bölgə sakinləri seçkidə Dodona səs verəcəklər. Bu isə ona parlament çoxluğu əldə etmək və hökumətə nəzarət imkanı yaradır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info