“Pravda.ru” portalı professor Əli Həsənovun yeni kitablarından yazıb
Tarix: 27.04.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Aprelin 26-da Rusiyanın populyar pravda.ru internet-portalında “Əli Həsənovun kitabları: Xocalı faciəsindən Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə oxucuların diqqəti Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun bu yaxınlarda səkkiz dildə (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində) çapdan çıxmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitablarına cəlb edilir. Kitablardan biri “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlanır. Materialda qeyd edildiyi kimi, müəllif bu kitabda Ermənistanın Azərbaycana ərazi iddiaları və hərbi təcavüzü, iki əsr ərzində erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlar, o cümlədən Xocalı soyqırımı barədə yazır. “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlanan digər kitabda ermənilərin azərbaycanlılara qarşı dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə törətdiyi soyqırımları və etnik təmizləmə siyasəti çoxsaylı mənbələr, o cümlədən Rusiyadakı tarixi məxəzlər əsasında təhlil edilir. Materialda müəllifin özünün bu kitablar barədə aşağıdakı sözləri sitat gətirilir: “Biz dünya ictimaiyyətinə demək istədiklərimizi yığcam, sistemli şəkildə kitablarda təqdim etmişik”. Əli Həsənov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə təşəkkürünü bildirib. Müəllif yazır: “Bu kitablar düşmənçilik, qisasçılıq aşılamır. Erməni xalqı özü də cinayətkar Ermənistan hakimiyyətinin girovuna çevrilib. Bu kitablarda sülh çağırışı, Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluq şəraitində yaşamağa çağırış var. Bununla belə, biz Xocalıda xalqımızın başına gətirilən soyqırımını heç vaxt unutmayacağıq. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli istiqamətində yorulmaz fəaliyyətini davam etdirir və bu məsələ tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq”. Materialın tam mətnini aşağıdakı linkdə oxuya bilərsiniz: https://www.pravda.ru/news/world/formerussr/25-04-2017/1331840-gasanov-0/




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info