“CCE 2013” çərçivəsində Qafqaz Universitetində xüsusi dinləmələr
Tarix: 19.04.2013 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Bakıda Kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransı (“CCE 2013”) öz işinə başlayıb. Qeyd edək ki, beynəlxalq konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub. Konfransın rəsmi açılış mərasimi Gülüstan sarayında baş tutub. Beş gün davam edəcək beynəlxalq konfrans Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin birgə dəstəyi, həmçinin Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və digər qurumların təşkilatçılığı ilə keçirilir. Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, xaricdən gələn nüfuzlu alimlərlə Azərbaycanda bu sahədə çalışan müəllimlərin arasında əlaqələrin yaranmasına, birgə tədqiqat işlərinin aparılmasına təkan verəcək. Konfransda dünyanın 12 ölkəsindən 100-dək mütəxəssisin iştirak etdiyini deyən M.Mərdanov qeyd edib ki, uzun illərdir Azərbaycanda elmin bu və ya digər sahələrinə həsr olunan belə konfranslar keçirilmirdi. Nazirin fikrincə, kimya və kimya mühəndisliyinin inkişafında bu konfransın çox böyük əhəmiyyəti olacaq.“Azərikimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev isə bildirib ki, bu konfransın keçirilməsi Azərbaycanın həm bugünkü inkişafı, həm də gələcəkdə sənaye potensialının inkişafı üçün vacibdir. Onun sözlərinə görə, konfransda kimya sənayesinin və kimya mühəndisliyinin inkişafı ilə bağlı maraqlı, mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub. ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə də çıxışı zamanı ölkədə belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib. Konfrans çərçivəsində Qafqaz Universitetində də mövzular üzrə xüsusi dinləmələr keçirilib. Tədbirə konfransda iştirak etmək üçün Azərbaycana gələn dünyanın bir çox ölkələrini təmsil edən alimlər, Azərbaycanda ali təhsil ocaqlarının rektorları və digər mütəxəssislər iştirak ediblər. Konfrans çərçivəsində kimya sahəsi üzrə aparılan tədqiqat işləri, alimlər və təhsil ocaqları arasında qarşılıqlı münasibətlərin qurulması müzakirə edilib, təkliflər dəyərləndirilib. Qeyd edək ki, aprelin 21-dək davam edəcək “CCE 2013” beynəlxalq konfransı kimyaçıları, kimya üzrə mühəndisləri, sənaye mütəxəssisləri və kimya sahəsi üzrə tədqiqatçıları bir araya gətirən forumdur. “CCE 2013” həm akademik, həm də sənaye institutlarından olan tədqiqatçıları və sənayedən olan təcrübəçiləri cəlb etmək məqsədilə keçirilir. Bu müddət ərzində çərçivəsində Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında müxtəlif mövzularda leksiyalar təşkil olunacaq.

İLKIN




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info