Daha bir tibb ocağı əsaslı təmirdən sonra istifadəyə verilib
Tarix: 27.04.2017 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Sumqayıt Şəhər Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər korpusu əsaslı təmirdən sonra istifadəyə verilib. Burada uşaqların müalicə və müayinəsi üçün hər cür şərait yaradılıb.
1956-cı ildə inşa edilən Sumqayıt Şəhər Uşaq Xəstəxanası 140 çarpayılıqdır. Xəstəxananın 7 şöbəsində 413 tibb işçisi çalışır. Uşaq xəstəxanasının yoluxucu xəstəliklər korpusu son 30 ildə ilk dəfədir təmir olunub. 55 çarpayılıq korpus ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz edilib. Xəstəxananın əsas korpusunda da cari təmir işləri aparılıb, müasir avadanlıqlar quraşdırılıb. Belə ki, somatik reanimasiya, yeni doğulmuşların patologiyası, pediatriya və cərrahiyyə şöbələri müasir tibb avadanlığı, küvezlər və dərman preparatları ilə təmin olunub.
Yoluxucu xəstəliklər korpusunda görülən işlərlə tanışlıqdan öncə Sumqayıtda fəaliyyət göstərən tibb müəssisələrinin baş həkimləri ilə görüşən şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov səhiyyəyə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan tibb müəssisələrinin inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. Bu istiqamətdə Sumqayıtda da mühüm işlər görülüb. Sumqayıtda son bir ildə şəhər 1 nömrəli Doğum Evi, 1 nömrəli poliklinika, 4 nömrəli uşaq poliklinikası, onkoloji dispanser əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda isə təmirə ehtiyacı olan tibb müəssisələrində təmir işləri aparılır.
Daha sonra şəhər rəhbərliyi və tibb müəssisələrinin nümayəndələri əsaslı təmirdən sonra istifadəyə verilən uşaq xəstəxanasının laboratoriya, fizioterapiya, rentgen, ultrasəs müayinəsi, elektrokardioqrafiya və digər müayinə otaqlarına, həmçinin palatalara baxıblar. Məlumat verilib ki, xəstəxanada istilik sistemi, elektrik avadanlıqları da yenilənib. Tibb ocağının həyəti abadlaşdırılıb, yollara asfalt döşənib, yaşıllıq salınıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info