“AtaHolding”in əməkdaşı UNEC tələbələrinə təlim keçib
Tarix: 27.04.2017 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


UNEC tələbələri üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçirilib.
Təlimdən öncə UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev Azərbaycana ilk dəfə holdinq idarəetmə mədəniyyətini gətirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq təşkil edən “AtaHolding”lə uğurlu əməkdaşlıqdan söz açıb. Bu nüfuzlu qurumun mütəmadi UNEC tələbələri üçün təşkil etdiyi təlimlərin faydasını vurğulayıb.
Təlimdə “AtaHolding”in əməkdaşı Elməddin Hüseynov fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin monitorinqi və davamlı inkişafın təmin edilməsi mövzuları haqqında UNEC tələbələrinə ətraflı məlumat verib. Həmçinin, iştirakçılar arasında fəaliyyətin planlanması və biznes prosesin tərtibi ilə bağlı qrup çalışması keçirilib.
Məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və insan resurslarının idarəedilməsi ilə bağlı məsələlərə toxunulub.
Sonda Elməddin Hüseynov təlimlə bağlı fikirlərini bildirib: “UNEC tələbələri təlimə böyük maraq göstəriblər. Düşünürəm ki, onlar əldə etdikləri məlumatlardan həm tələbəlik dövründə, həm də gələcək iş həyatında faydalanacaqlar”.
Sonda təlimdə iştirak edən tələbələrə sertifikat təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info