“Türklər daim düşmənləri qarşısında güclü olub, təzyiqlərə baxmayaraq bundan sonra da güclü qalacaq”
Tarix: 27.04.2017 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


“Avropa Şurası deyilən bir təşkilat Türkiyəni siyasi nəzarət altına almaq barədə qərar verib. Avstriya da ərazisində Türkiyə bayrağının sancılmasına icazə vermir. Yəqin 1453-cu il Konstantinopolun fəthi, 1526-cı il Mötac savaşı, 1529-cu il Sultan Süleyman Qanuninin Vyananı mühasirədə saxlaması, Barbaros Hayreddin Paşanın Preveze dəniz savaşında xaçlıların birləşmiş donanmasını məğlub etməsi bunların təzədən yadlarına düşüb”. Bu fikirləri beynəlxalq məsələlər üzrə ekspert, politoloq Nəzakət Məmmədova səsləndirib. O, bildirib ki, halbuki, Osmanlının yüksəlib Avropanı fəth etməsinə qədər avropalılar özləri Roma Papasının çağırışı-fətvası ilə Şərqə hücum etmiş, onlarla şəhəri xarabaya çevirmişdilər: “Çox qəribədir, bu avropalılar türklərin onlarla 500 il əvvəlki savaşını hələ də unutmur sanki kin saxlayırlarmış kimi davranırlar, amma bizə məsləhət görürlər ki, bugünkü tarixi, Qarabağın işğalını unudun və Ermənistanla əlaqələri bərpa edin. Əsasən də ticari əlaqələri bərpa edin... Sanki alverlə başımızı qatmaq istəyirlər. Türkiyənin Ermənistanla sərhədi açması daha çox gündəmə gətirilir nəinki işğal faktoru. Qısası gücləri Azərbaycana, bir də Türkiyəyə çatır. Amma türklər daim düşmənləri qarşısında güclü olub bundan sonra da təzyiqlərə baxmayaraq güclü qalacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info