Tikintidə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün xüsusi layihə hazırlanır
Tarix: 27.04.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


"Yaxın vaxtda tikinti sektorunda qeyri-rəsmi şəkildə məşğulluğa cəlb edilən işçilərlə əlaqədar xüsusi layihə hazırlanacaq". Bunu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri, baş nazirin müavini Əli Əhmədov bildirib. Onun sözlərinə görə, bu layihə qeyr-rəsmi məşğulluğun aradan qaldırılmasına səbəb olacaq: "Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə əmək münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər nəzərdə tutulur. Bununla bağlı, xüsusi komissiya yaradılıb. Komissiyanın qarşısında duran ən mühüm vəzifələrdən biri odur ki, qeyri-rəsmi məşğulluq anlayışı aradan qaldırılsın. Yəni qeyri-rəsmi məşğulluq tədricən aradan qaldırılmalıdır. Qeyri-rəsmi məşğulluğa daha çox tikinti sektorunda rast gəlinir. Qeyri-rəsmi məşğulluq işçilər qarşısında bir sıra öhdəliklərin yerinə yetirilməməsinə səbəb olur. Bu yolla işəgötürənlər vergi, sosial və digər məcburi ödənişlərdən yayınır. Qeyri-rəsmi məşğulluq aradan qaldırıldığı təqdirdə bu problemlər aradan qalxacaq. Mən inanıram ki, tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə görüşümüz bir nəticə verəcək, onlar bütün işçilərini rəsmi şəkildə qeydiyyatdan keçirəcək".

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info