“Formula-1” pilotlarını şəffaf ekranlar qoruyacaq
Tarix: 27.04.2017 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula-1” çempionatında iştirak edən pilotların başlarını qorumaq üçün şəffaf sipəri bu mövsümdə sınaqdan keçirəcək.
AZƏRTAC xəbər verir ki, ”Formula-1”in strateji qrupu ilə komissiyasının Paris görüşündə idman və texniki reqlamentə bir sıra düzəlişlər qəbul edilib. Bu düzəlişlər FIA-nın Avtomobil İdmanı üzrə Ümumdünya Şurasında təsdiq olunmalıdır.
Pilotun başının frontal təsirlərdən müdafiəsini artırmağa imkan verən münasib texniki həll yollarının axtarışı prosesində bir sıra təkliflər nəzərdən keçirilib. Üstünlük şəffaf ekranlardan istifadəni nəzərdə tutan sistemlərə verilib.
Pilotların başlarını qoruyan digər vasitədən - kokpitin yuxarısında quraşdırılan xüsusi qeyri-şəffaf konstruksiyadan imtina etmək qərara alınıb.
Gözlənildiyinə görə, şəffaf ekranların 2018-ci ildə tətbiqinə başlamaq üçün onlar cari mövsümdə sınaqdan keçiriləcək.
Bundan başqa, növbəti mövsümdən etibarən maşınların mühərrik örtüklərində T-şəkilli qanadların və “köpəkbalığı üzgəcləri” deyilən əlavələrin quraşdırılması imkanlarına da sərt məhdudiyyətlərin tətbiq olunması barədə qərar qəbul edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi
16.08.2019
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16.08.2019
“Qarabağ” yeni mövsümə qələbə ilə başlayıb
16.08.2019
Kiyevin “Dinamo“ klubunda yeni baş məşqçi
16.08.2019
Gənc pəhləvanımız dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info