Bakı Mühəndislik Universitetində YAP-ın təsis konfransı keçirilib
Tarix: 27.04.2017 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Bakı Mühəndislik Universitetində ərazi ilk partiya təşkilatının təsis konfransı keçirilib. Konfransda universitet rəhbərliyi, müəllim - tələbə heyəti ilə yanaşı Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev və YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak edib.
Konfransı açıq elan edən universitetin rektoru, professor Havar Məmmədov YAP-ın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ziyalılar tərəfindən qurulduğunu, məqsədinin xalqımıza, dövlətimizə xidmət etmək olduğunu vurğulayıb. Rektor qeyd edib ki, BMU yeni yaranmış universitetdir və burada təsis edilən ərazi ilk partiya təşkilatına kollektivdən 200 nəfərdən çox könüllü olaraq üzvlük üçün müraciət edilib.
Professor Əjdər Ağayev, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Yaşar Etibarlı, müəllimlər Xanlar Heydərov və Turac Məmmədova YAP-ın dövlət müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizin inkişafında olan xidmətindən danışaraq qeyd ediblər ki, əməlimizlə yeni yaradılan təşkilatın layiqli inkişafı üçün çalışacağıq.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu günü tarixi bir gün adlandırıb. Partiyanın Azərbaycan cəmiyyətinə verdiyi töhvələrdən danışaraq qeyd edib ki, YAP Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət və demokratiya gətirib. YAP Gənclər birliyi olaraq BMU ilə əlaqələrin inkişafında maraqlı olduqlarını, birlikdə layihələr həyata keçirə biləcəklərini qeyd edib.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev ötən əsrin 80-ci illərin sonlarında baş verən hadisələrdən və 90-cı illərin əvvəllərində hakimiyyətə gələn səriştəsiz insanların ölkəmizə vurduğu ziyandan danışıb. YAP-ın yaranmasına və hakimiyyətə gəlməsinə diqqət çəkən natiq qeyd edib ki, bu yol heç də asan olmayıb. Xalqımızın təkidi və tələbi ilə hakimiyyətə gətirilən YAP şərəflə dövlətimizə və xalqımıza xidmət etməkdədir.
Sonda YAP Bakı Mühəndislik Universitetində ərazi ilk partiya təşkilatı təsis edilib və idarə heyətinə 9 nəfər üzv seçilib. Üzvlər arasından universitetin Humanitar və Sosial məsələlər üzrə prorektoru Bayram Hüseynzadə təşkilatın sədri seçilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info