Zahid Oruc : “AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsiz və qərəzlidir”
Tarix: 27.04.2017 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və qərəzlidir. Bu qərar təşkilatda islamofob meyillərin üstünlük təşkil etdiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc söyləyib.
Deputat AŞPA-nın monitorinqlərinin müxtəlif dairələrin mənafeyinə xidmət etdiyini, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq, daxili işlərinə müdaxilə etmək məqsədi güddüyünü söyləyib. O, Azərbaycanın da zaman-zaman belə ədalətsizliklərlə, ikili standartlarla üzləşdiyini vurğulayıb.
Z.Oruc qeyd edib ki, bu qərarın qəbul edilməsi Türkiyənin demokratik nailiyyətlərini, uzun illər ərzində keçdiyi yolu, regional təhlükəsizliyin təminatına verdiyi töhfələri heçə saymaq deməkdir. Avropa Şurasının missiyası ondan ibarətdir ki, böyük bir qitə arealında dövlətlər arasında sülhü, əməkdaşlığı təşviq, eyni zamanda, daxildə islahatlar prosesinə kömək etsin, hüquqi cəhətdən vahid bir ailənin yaradılmasına təsir göstərsin. Bu qurum heç bir halda məhkəmə təsisatı deyil və onun müəyyən dairələrin əlində siyasi təzyiq alətinə çevrilməsi çox acınacaqlı vəziyyətə gətirib çıxaracaq.
Deputat bildirib ki, Türkiyə bu şəkildə məhkəməyə çəkilə bilməz. Əksinə, bu ölkə beynəlxalq birlik tərəfindən ən yüksək yardımlara layiq görülməlidir. Çünki bu gün Yaxın Şərqdə sabitliyin təmini, miqrantlarla bağlı problemin həlli istiqamətində Türkiyənin gördüyü işlər göz qabağındadır. Söz yox ki, Türkiyənin getdikcə güclənməsi, onun əldə etdiyi uğurlar bir çoxlarını narahat edir. Buna görə də bu ölkə ilə bağlı belə cılız maneələr yaradılır. Amma bu cəhdlər əbəsdir. Türkiyənin daxili işlərinə qarışmaq, kənardan idarəçilik şərtləri diktə etmək yolverilməzdir. Bununla heç bir nəticəyə nail olmaq mümkün deyil.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycan nümayəndə heyəti Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
18.06.2019
MN: İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır - VİDEO
18.06.2019
Qulam İshaqzai: “Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə sadiq dövlətdir”
18.06.2019
Surət Hüseynov AXC-Müsavat hökumətini ermənilərlə əlaqədə ittiham edir
17.06.2019
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info