Özbaşına dərman qəbulu gözə ziyan verə bilər
Tarix: 27.04.2017 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Adətən fəsil dəyişikliyi zamanı gözdə qaşınma olur, bəzən sulanmalar müşahidə olunur. Bu, allergiyadır, yoxsa gözlə bağlı digər problem? İnsanın ən vacib orqanlarından biri olan gözlərlə bağlı nələrə diqqət vermək lazımdır?
AZƏRTAC xəbər verir ki, bu və digər göz problemlərlə bağlı Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov ATU-nun mətbuat xidmətinə müsahibəsində danışıb.
-Fəsil dəyişən zaman əksər insanlarda gözlə bağlı müxtəlif problemlər yaranır. Bunun səbəbi nədir?
-Fəsil dəyişikliyi ilə əlaqədar olaraq gözdə olan sulanma və bu kimi digər şikayətlər adətən “allergik konyuktivit” adlandırdığımız göz xəstəliyi ilə əlaqədar olur. Adətən hər dəfə fəsillər dəyişərkən və ya bitkilərin tozlanma zamanı xəstələr bu şikayətlərlə həkimə müraciət edirlər. Yazılan dərmanlar sadəcə xəstənin şikayətlərini azaldıb, narahatlığını müəyyən müddətliyə aradan qaldırır. Lakin bəzən xəstələr həkim məsləhəti olmadan özləri müxtəlif dərmanlardan istifadə edirlər. Bu isə xəstəyə ziyan verə bilər. Ona görə də, belə hallarda həkim müayinəsindən keçdikdən sonra uyğun dərmanlardan istifadə etmək məsləhətdir.
-Bəzi insanlar qaş nahiyəsindəki ağrıların gözdən qaynaqlandığını düşünürlər. Bu, nə dərəcədə doğrudur?
-Qaş nahiyəsində olan ağrılar həm gözlə, həm də sinir sistemi ilə əlaqəli ola bilər. Dəqiq diaqnoz qoymaq üçün bu ağrıların vaxtı, müddəti, xarakterini nəzərə almaq, müayinədən sonra mənşəyini dəqiqləşdirmək olur.
-Son zamanlar ən çox hansı göz şikayətləri ilə bağlı müraciətlər olur?
-Şikayətlər çoxşaxəli olduğu kimi, səbəblər də müxtəlifdir. Allergik problemlərlə yanaşı, diabet xəstələri, gözdaxili təzyiqi, refraksiya problemi olan keratokonus və sairə bu kimi xəstəliklərlə müraciət edənlər də kifayət qədərdir.
-Bu xəstəliklərdən hansılarına cərrahi müdaxilə tələb olunur?
-Tibdə, xüsusilə də oftalmologiyada cərrahi müdaxilə yalnız ehtiyac olduğu halda icra edilir. Əgər xəstənin sağalması üçün cərrahi müdaxilədən başqa müalicələr mövcuddursa, ilk olaraq onlar icra edilir. Ancaq gözdə elə xəstəliklər var ki, müalicəsi ancaq cərrahi yolla aparıla bilər. Həmçinin, bəzən xəstənin istəyini də nəzərə alaraq cərrahi müdaxilə məsləhət görülə bilir. Məsələn, eynək taxmaq istəməyən xəstələrə, müvafiq yoxlamadan sonra cərrahi müdaxilə məsləhət görülə bilər.
Katarakta, xalyazion, karatakonuson, vitrektomiya, çəpliyin korreksiyası, yas yolları əməliyyatı, qapaq plastikası, qapaqlarda olan xoş və bəd xassəli törəmələr, arqon lazer fotokoaqulyasiya, barier lazer fotokoaqulyasiya, YAG lazer, refraktiv əmliyyatlar son 1 il ərzində şöbəmizdə icra edilən əməliyyatlardan bəziləridir.
-Göz əməliyyatı icra edənlərin yaş həddi barədə nə demək olar?
-Göz əməliyyatlarının heç də hamısı yaşlı xəstələr üçün deyil. Katarakta-el arasında “mirvari suyu” kimi tanınan xəstəlik adətən yaşlılar arasında çox rast gəlinir. Ancaq yaşlılarda refraktiv korreksiya məqsədilə icra olunan eksimer lazer əməliyyatlarının sayı gənclərdə kifayət qədər azdır. Həmçinin, 35 yaşdan sonra irəliləməsi dayanan keratokonus xəstələrində “korneal kross linking” kimi əməliyyatlar icra olunmur. Yəni, əməliyyatın yaşlıya və cavan insana icrası xəstəliyin xarakterindən asılıdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info