Döyüşçülər “Fədai” və “Vətən naminə” medalları ilə təltif olunublar
Tarix: 27.04.2017 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Ötən ilin aprel döyüşləri Azərbaycan xalqının Dağlıq Qarabağın işğalı ilə heç vaxt barışmayacağını, tarixi torpaqlarımızın tezliklə düşməndən azad ediləcəyini dünyaya göstərdi. Bu döyüşlər xalqımızın birliyinin, mübarizliyinin sübutudur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 27-si Xaçmazda Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri və bir il əvvəl baş verən şanlı aprel döyüşlərinin iştirakçıları ilə keçirilən görüşdə səsləndirilib.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbirdə 12 nəfər Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Fədai” və “Vətən naminə” medalları ilə təltif olunub. Medallar Qarabağ müharibəsi veteranlarına, aprel döyüşlərinin iştirakçılarına, şəhid hərbçilərimizin ailə üzvlərinə təqdim edilib.
Muzeyin direktoru Pakizə Mehdiyeva, Qarabağ müharibəsi veteranı Şöhrət Dadaşzadə, aprel döyüşlərinin iştirakçısı Nail Qasımov, şəhid atası Azadxan Mirzəyev çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, Vətənimizin keşiyində duran oğullarımızın mərdliyindən söz açıblar. Bildirilib ki, aprel döyüşlərində işğaldan azad edilmiş ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Düşməndən azad edilmiş torpaqlarımızda quruculuq işlərinə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması prosesinə start verilib. Bu, böyük qələbənin uğurlu başlanğıcıdır.
Tədbir məktəblilərin və yerli incəsənət ustalarının ifalarında vətənpərvərlik mahnıları ilə davam edib.
Sonda Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş “Çin olan yuxu” film nümayiş etdirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info