Azərbaycan Türkiyə Evi (ATEV) 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə Zabitlər bağında yerləşən Buz meydançasında uşaqlar üçün əyləncə tədbiri təşkil edib. Tədbirdə çıxış edən Azərbaycan Türkiyə Evinin İcraçı Direktoru Toğrul Alahverdili deyib ki, uşaqların bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlətin onlara göstərdiyi qayğı və diqqətin başlıca prinsipidir. Toğrul Allahverdili qeyd edib ki, son illərdə Azərbaycanın birinci Vitse Prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların problemlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Heydər Əliyev Fondu tərəfindən uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm layihələr, sosial proqramlar həyata keçirilir. Tədbirdə Bakı Atatürk Litseyinin şagirdlərinin iştirakı ilə bayram şənliyi ilə davam etdirilib.
Fuad
|