Egemen Bağış: “AŞPA-nın Türkiyə ilə bağlı qərarı demokratiyaya xidmət etmir”
Tarix: 27.04.2017 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı Türkiyədə demokratiyanın xeyrinə qəbul olunmuş bir qərar deyil.a
Bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin keçmiş Aİ işləri üzrə naziri Egemen Bağış deyib.
Onun sözlərinə görə, AŞ PA-nın bu qərarı Türkiyəyə qarşı çalışan lobbiçilərin işidir. “Artıq uzun müddətdir ki, Avropa ölkələrində antitürkiyə lobbisi mövcuddur. Onlar Avropa ölkələrinin parlamentlərində Türkiyə barədə dezinformasiya yayırlar”.
Keçmiş nazir qeyd edib ki, Türkiyə ilə münasibətləri möhkəmləndirmək əvəzinə AŞ PA müəyyən qüvvələrin təsiri altında bu qərarı qəbul edib. O, bu qərarın gözlənilməz olmadığını deyib.
E.Bağış vurğulayıb ki, Türkiyə bu lobbiyə qarşı işini davam etdirməlidir və Avropanı bu ölkədəki reallıqlarla tanış etməlidir.
Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info