“Brexit”dən sonra Britaniyanın əvvəlki hüquqları qalmayacaq”
Tarix: 28.04.2017 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


AFR kansleri Angela Merkel dünən hökumət adından bəyanatla çıxış edib. Kansler xəbərdarlıq edib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə danışıqların başlanması ilə əlaqədar britaniyalıların ümidləri əsassız ola bilər.
“Bəlkə də onlar düşünürlər ki, bu belə də olmalıdır. Lakin mən vurğulamağa məcburam ki, bu, hədər yerə vaxt itirməkdir. Mən hiss edirəm ki, Böyük Britaniyada bəzi adamlar hələ də bu barədə illüziyalarla yaşayırlar”, - deyən Merkel qeyd edib ki, “Brexit”dən sonra Böyük Britaniya Aİ-yə daxil olmayan dövlətə çevriləcək, buna görə də onun hazırda malik olduğu hüquqları qalmayacaq. Kansler onu da vurğulayıb ki, Londonun istəyinə rəğmən, Böyük Britaniyanın Aİ qarşısında milyardlarla ölçülən maliyyə öhdəlikləri məsələsini danışıqların lap sonunda deyil, başlanğıc mərhələdə tənzimləmək lazımdır. AFR hökumətinin başçısı deyib ki, tamdəyərli danışıqlar yalnız Böyük Britaniyada iyunun əvvəlində keçirilməsi planlaşdırılan parlament seçkilərindən sonra başlana bilər. Həmin danışıqların gedişində üç əsas məsələ həll edilməlidir. Birincisi, Böyük Britaniyada yaşayan Almaniya vətəndaşlarının və Aİ üzvü olan digər ölkələrin vətəndaşlarının hüquqlarına təminat verilməsinə nail olmaq lazımdır. İkincisi, “Brexit” Avropa İttifaqına ziyan vurmamalıdır. Üçüncüsü, Aİ üzvü olan digər 27 ölkə arasında əməkdaşlıq möhkəmləndirilməlidir. “Biz bu məsələnin genişmiqyaslı və mürəkkəb olduğunu başa düşürük. Biz buna yaxşı hazırlaşmışıq, lakin hələ görüləsi işlər çoxdur”, - deyən Merkel daha sonra qeyd edib ki, Birləşmiş Krallığın güclü və çiçəklənən dövlət olması Avropa İttifaqının da maraqlarına uyğundur.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info