Türkmənistanda maliyyə böhranı
Tarix: 28.04.2017 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Mərkəzi Bank ölkə üçün mühüm layihələrin həyata keçirilməsi ilə məşğul olan şirkətlər istisna olmaqla, bütün hüquqi və fiziki şəxslərə xarici valyuta satışını dayandırıb

Türkmənistan iqtisadiyyatının əsas gəlir mənbəyi olan neft və qaz kompleksi tənəzzül yaşayır. Dünya bazarında neftin qiymətinin aşağı düşməsindən əziyyət çəkən ölkələrdən biri də Türkmənistandır. Bu vəziyyət ölkə əhalisini yaşam tərzindən də yan keçməyib.
Ölkədə yaşanan maliyyə böhranı yerli vətəndaşları başqa ölkələrə - daha çox Türkiyəyə üz tutmağa məcbur edir. Vəziyyət o həddə çatıb ki, artıq Türkmənistan Mərkəzi Bankı ölkə üçün mühüm layihələrin həyata keçirilməsi ilə məşğul olan şirkətlər istisna olmaqla, bütün hüquqi və fiziki şəxslərə xarici valyuta satışını dayandırıb. Yerli ekspertlər ölkədə valyuta problemini neft və qaz ixracının kəskin azalması ilə əlaqələndirirlər. Türkmənistanda xarici valyuta satışı ilə bağlı rəsmi dövlət qadağasından sonra Türkiyə Türkmənistan vətəndaşlarının ən çox ziyarət etdiyi ölkəyə çevrilib. Son zamanlar Türkiyənin böyük şəhərlərindəki bankomatların qarşısında növbəyə dayananlar arasında Türkmənistandan gedənlər üstünlük təşkil edir. “Türkmənistan banklarından nağd pul əldə etmək mümkün olmadığından insanlar ölkəni tərk etmək məcburiyyətində qalırlar. Onlar hesablarındakı pulu nagdlaşdıra bilmirlər. Bəziləri satmaq üçün özləri ilə qızıl belə, aparırlar. Xaricə getmək imkanları olmayanlar isə vasitəçilərə müraciət etmək məcburiyyətində qalırlar. Bu isə onlara 19 faiz itki ilə başa gəlir. Bu pul, xarici banklarla əməliyyat üçün haqq kimi tutulur”- deyə Türkmənistan mediası yazır. Yerli ekspertlərin sözlərinə görə, Aşqabad, türkmənləri Türkiyədə əldə etdikləri valyuta mənbələrindən məhrum edə bilər. Qeyd edilir ki, Türkmənistan hakimiyyəti Türkiyə bankına müraciət edərək Türkmənistan kartları ilə pul çıxarılmasının qarşısını ala bilər. Türkmən ekspert Batır Mühəmmədov bildirir ki, belə olan halda, pulun müəyyən hissəsini sahibi deyil, vasitəçi əldə edir. Türkmənistanda valyuta satışı ilə məşğul olan “qara bazar” bir neçə il əvvəl ləğv edilsə də, satış gizli həyata keçirilir. “Türkmənistanın maliyyə sektorundakı problemlər çoxdan başlayıb. Bu, əsasən, enerji qiymətlərinin aşağı düşməsi, kreditlərin ödənilməməsi və daha çox daxili istehsalın olmaması ilə bağlıdır. Türkmənistan bütün məhsulları, texnikadan tutmuş qida məhsullarına qədər hər şeyi xaricdən alır. Bundan əlavə, ölkənin maliyyə siyasəti bütünlüklə neft və qaz satışından əldə edilən gəlir üzərində qurulub”- deyə rusiyalı iqtisadçı Elena Kuzmina bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı
14.03.2019
Yerevanda polislə aksiya iştirakçıları arasında toqquşma baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info