“Əcnəbi tələbələrin fikir platforması”nın qalibləri - UNEC tələbələri
Tarix: 28.04.2017 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


UNEC tələbələri Azərbaycanda ilk dəfə keçirilən “Əcnəbi tələbələrin fikir platforması” adlı TEDx formatlı yarışmanın qalibi olublar.
Əcnəbi tələbələr arasında keçirilən müsabiqədə iştirakçılar müşahidələrinin ən maraqlı məqamlarını münsiflər heyəti və auditoriya ilə bölüşüblər. Münsiflər heyəti auditoriyanın marağına səbəb olan çıxışları 5 ballıq sistemlə qiymətləndirib. Ölkənin 10 universitetinin 15 ölkədən olan 30 əcnəbi tələbəsinin qatıldığı yarışda finala 9 nəfər vəsiqə qazana bilib. Onların arasında UNEC tələbələri də var.
Final mərhələsində UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin II kurs tələbəsi Tomiva Fayehun və I kurs tələbələri Uillie Ubong ilə Akınpelu David Darenin təmsil olunduğu komanda vətənləri Nigeriyadan söz açaraq, Afrika ölkəsində yaşamağın çətinliklərindən danışıblar. Xüsusi olaraq azyaşlıların həyatından, aclıqla mübarizəsindən bəhs ediblər. Əcnəbi tələbələrin fikirlərini Azərbaycan dilində ifadə etmələri və yarışa öz milli geyimlərində qatılmaları münsiflər heyətinin xüsusi marağına səbəb olub. UNEC tələbələri çıxışlarında Azərbaycandan da bəhs edərək, burada olduqları müddəti həyatlarında önəmli mərhələ adlandırıblar: “Azərbaycanda keçirdiyimiz tələbəlik illərini gələcəyimiz üçün böyük sərmayə hesab edirik. Çünki biz UNEC-də həm təhsil alır, həm də dost qazanırıq. UNEC-in verdiyi bilik kimi, Azərbaycanlı dostları da sərvət hesab etmək olar”. Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və ADA Universitetinin Magistr Tələbə Hökümətinin texniki dəstəyi ilə təşkil edilən “Əcnəbi tələbələrin fikir platforması” müsabiqəsində üç universitetin komandası I yerə layiq görülüb. Onların arasında UNEC-lə yanaşı, Bakı Mühəndislik Universiteti və Bakı Slavyan Universiteti də var.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info