Fuad Ələsgərov: “Azərbaycanda korrupsiyaya qarşı bütün mexanizmlər yaradılır”
Tarix: 28.04.2017 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə konfrans keçirilib. Konfransda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edib.
Fuad Ələsgərov bildirib ki, bu gün Azərbaycan genişmiqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizm, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən bir məkandır. Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin proritet istiqamətlərindəndir: “Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur”. PA rəsmisi vurğulayıb ki, Azərbaycan Prezidentinin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilib, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib: “Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən institusional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai iştirakçılıq prinsipləri və geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətimizin uğurlarındandır”. F.Ələsgərov bildirib ki, bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə bütün mexanizmlər mövcuddur və bu proses daim inkişafdadır: “Bu sahədə olan müsbət dinamika beynəlxalq antikorrupsiya reytinqlərində də öz əksini tapıb. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilir”. Sonra çıxış edən SMPDK sədri Ramiz Həsənov bildirib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə etmişdir. Komitə sədri qeyd edib ki, açıq hökumət prinsipləri daim bu strategiyanın ayrılmaz hissəsi olmuş və həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutmuşdur. Ölkəmiz açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə öz töhfəsini vermiş və “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olub. Korrupsiyaya qarşı idarəetmə sistemləri üzrə standart barədə danışan SMPDK sədri bildirib ki, ilk dəfə bu sənəd 2011-ci ildə standartın yaradıcısı Britaniya Standartlar İnstitutu (BSİ) tərəfindən qeydiyyata alınıb. Hazırda qeyd olunan standartın əsasında Beynəlxalq Standart hazırlanıb və 2016-cı ildə beynəlxalq səviyyədə təsdiqlənib. Qeyd olunan standartın ərsəyə gəlməsinin səbəbi BSİ, Dünya Bankı və digər iqtisadi institutlar ilə birgə aparılmış araşdırmaların nəticəsidir. Belə ki, müəyyən olunub ki, dünya üzrə biznes iştirakçılarının 50%-i öz fəaliyyətini qorumaq və digər məqsədlər üçün 1 trilion dollara yaxın korrupsiya yönümlü ödəmələr ediblər və bu iqtisadiyyatın inkişafının ləngiməsinə əhəmiyyətli dərəcədə təsir edib. Ramiz Həsənov standartın əsas məqsədini açıqlayıb. O bildirib ki, hər bir ölkənin korrupsiya əleyhinə apardığı qanunvericilik siyasəti ilə yanaşı, dövlət və qeyri-dövlət qurumlarının ölçüsü, fəaliyyət sahəsi və inkişaf səviyyəsindən asılı olmayaraq tətbiq ediləcək tədbirlər toplusu və müvafiq təlimatlar vasitəsilə qurumun korrupsiyaya qarşı mübarizə potensialını artırmaq, korrupsiya hallarının aşkarlanması, aradan qaldırılması və qarşısının alınması üzrə tədbirlər planını hazırlamaqdan idarətdir. Baş Prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxışında bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə bir çox mühüm addımlar atılıb. Onun sözlərinə görə, Azərbaycanda aparılan uğurlu antikorrupsiya siyasətinin nəticəsində Azərbaycan bir sıra mühüm beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir: "Həmin qurumların hesabatlarında da Azərbaycanın göstəriciləri ildən ilə yaxşılaşır". Sonra BSİ-nin MDB və Baltikyanı ölkələr üzrə baş direktoru Dmitri Yartsev isə bildirib ki, Azərbaycan qlobal məkanda beynəlxalq təcrübəni ən yaxşı tətbiq edən ölkələrdəndir. Azərbaycanda Avropanın ən qabaqcıl standartlarının uğurla tətbiq edildiyini deyən qonaq “Antikorrupsiya idarəetmə sistemi” standartının tətbiqi üzrə uğurlar əldə olunacağına əminliyini ifadə edib.
Konfransda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da çıxış edib. O deyib ki, 5 ildir fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formul kimi çıxış edir: "ASAN xidmət"də "vətəndaş həmişə haqlıdır" əsas meyardır və "ASAN xidmət" modeli dünyada Azərbaycan brendi kimi tanınır. Artıq bir neçə ölkədə "ASAN xidmət" modeli tətbiq olunmağa başlanıb". İnam Kərimovun sözlərinə görə, antikorrupsiya idarəetmə sistemi üzrə beynəlxalq standartların rəhbərlik etdiyi qurumda tətbiqi istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq ediləcək. Beynəlxalq standartın hazırlanmasına rəhbərlik edən İSO-nun müvafiq komitəsinin katibi, standartın müəllifi Maykl Heniqan Azərbaycanda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin uğurla həyata keçirildiyindən xəbərdar olduğunu deyib. Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi sahəsində adıçəkilən beynəlxalq standartın tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini deyən müəllif tədbirin konfrans iştirakçıları üçün uğurlu olacağına əmin olduğunu deyib.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info