Özbəkistan kitabxanasına Azərbaycana dair kitab kolleksiya hədiyyə edilib
Tarix: 28.04.2017 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Samir Abbasov: “Əsas məqsədimiz Azərbaycanın təbliği, ölkəmizlə əlaqədar informasiya əldə etmək istəyən oxuculara, araşdırma aparmaq istəyən tədqiqatçılara geniş imkanlar yaradılmasıdır”

Özbəkistan kitabxanalarının fondlarını Azərbaycana dair nəşrlərlə zənginləşdirilməsi işi artıq ənənən halını alıb. Bu məqsədlə hər il Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi çoxsaylı kitab kolleksiyaları hazırlayır və kitabxana müəssisələrinə hədiyyə edir.
Dünən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Azərbaycan ədəbiyyatı Özbək dilində” adlı kitab Kolleksiyası Özbəkistanın Ə.Nəvai adına Milli Kitabxanasına hədiyyə edilib.
Qeyd edək ki, sözügedən kitablar cari il 29 mart tarixində Bakıda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” adlı layihə ilə ictimaiyyətə təqdim olunmuşdu.
“Azərbaycan ədəbiyyatı Özbək dilində” kitab kolleksiyasına Özbəkistanın xalq şairi Camal Kamalın tərcüməsi Nizami Gəncəvinin "Sirlər xəzinəsi", özbək tərcüməçi Olimcan Buriyevin tərcüməsi ilə Nizami Gəncəvinin "Xəmsə", “XX əsr Azərbaycan şeriyyəti antologiyası", "Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана", "Azərbaycan yazıçılarının hekayələri”, Məhəmməd Füzulinin "Kalb kovhari", "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri", professor Əli Həsənovun "Geosiyasət" monoqrafiyası (özbək dilində), “Müasir Azərbaycan şairlərinin şeirləri”, tanınmış yazıçı Yunus Oğuzun “Sultan Alp Arslan”, “Şah arvadı və cadugər” romanları, Azərbaycanın Xalq yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, o və telefon", özbək araşdırmaçı Şuxrat Salamovun "Карабах война идей", "Туркестан и Южный Кавказ XIX - XX вв. Дашнаки от Ферганы до Карабаха" adlı kitabları daxildir.
Yaxın zamanlarda sözügedən kolleksiyanın, ölkəmizə dair çoxsaylı nəşrlərin Səmərqənd və Buxara şəhərlərinin kitabxanalarına da göndərilməsi nəzərdə tutulub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun “Palitra”ya verdiyi məlumata görə ötən illərdə də ölkəmizə dair Mədəniyyət və Turizm Nazirliyinin göndərdiyi nəşrlər, habelə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin topladığı kitab kolleksiyası qardaş Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə edilib.
Diplomat bu istiqamətdə son 4 ildə “Azərbaycanı tanıyaq” layihəsinin həyata keçirildiyini və layihə əsasında ölkəmizə dair yüzlərlə nəşrin Özbəkistanın aparıcı kitabsaxlayıcılarına hədiyyə edildiyini söyləyib.
Samir Abbasov əsas məqsədlərinin Azərbaycanın təbliği, özbək dilində Azərbaycana dair məlumatların, mənbələrin artırılması və ölkəmizlə əlaqədar informasiya əldə etmək istəyən oxuculara, araşdırma aparmaq istəyən tədqiqatçılara geniş imkanlar yaradılması olduğunu bildirib.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb
19.04.2019
“Qanın milliyyəti yoxdur”
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info