Ağdam ziyalısı: “AŞPA-nın Türkiyəyə qərəzli münasibəti ikili standartlar siyasətinin göstəricisidir”
Tarix: 28.04.2017 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yaz sessiyasının plenar iclasında Türkiyənin monitorinq prosesinə daxil edilməsi ilə bağlı verilən qərar qardaş ölkədə olduğu kimi, Azərbaycan ictimaiyyəti tərəfindən də narazılıqla qarşılanıb.
Ağdam rayon ziyalısı Hüseyn Bayramov AZƏRTAC-a müsahibəsində bildirib ki, AŞPA-nın bu qərarını müsəlman ölkəsi olan Türkiyəyə qərəzli münasibətin göstəricisi kimi qiymətləndirir, İslam ölkələrinə qarşı ikili standartlar siyasətinin daha bir nümunəsi hesab edir. “AŞPA-nın Türkiyənin monitorinq prosesinə daxil edilməsi ilə bağlı qərarı qərəzli və ədalətsizdir. Avropa Şurasının Türkiyəyə olan bu mövqeyi ölkəmizin ziyalılarını hiddətləndirib. Dünya ictimaiyyəti bu qərəzli mövqeyi kəskin pisləməli, Türkiyəyə qarşı ədalətsizlik aradan qaldırılmalıdır”, - deyə o vurğulayıb.
Azərbaycanın 16 ildir Avropa Şurasının üzvü olduğunu xatırladan H.Bayramov indiyədək bu təşkilatın ölkəmizə qarşı ədalətli mövqe sərgiləmədiyini deyib: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, bir milyondan çox azərbaycanlının hüquqlarının pozulmasına, öz evlərindən, dədə-baba torpaqlarından qovulmasına, minlərlə insanın qətlə yetirilməsinə, işgəncələrə məruz qalmasına, şəhərlərin, kəndlərin dağıdılmasına, tarixi abidələrin məhv edilməsinə baxmayaraq, Avropa Şurası işğalın aradan qaldırılması ilə bağlı heç bir tutarlı addım atmayıb. Bu münasibət Türkiyəyə qarşı da eynidir. Avropa Şurasında ədalət varsa, nə üçün Türkiyədə baş verən terror aktlarına münasibət bildirilmir?”.
Hüseyn Bayramov Türkiyəyə olan bu münasibətin kökündə məhz islamofobiyanın dayandığını vurğulayaraq deyib: “Bu gün Avropada islamofobiya meyilləri güclənir, İslam dünyasına, müsəlmanlara qarşı sərt mövqe sərgilənir. Avropa Şurasının Türkiyəyə qarşı qəbul etdiyi bu ədalətsiz qərar İslam ölkələrinə qarşı aparılan ikili standartlar siyasətinin daha bir nümunəsidir” – deyə, H.Bayramov bildirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
18.01.2019
Şimali Kiprin dövlət televiziyasında 20 Yanvar hadisələrindən danışılıb
18.01.2019
Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
18.01.2019
Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
18.01.2019
İstanbulda Qanlı Yanvar faciəsinin ildönümü qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info