Nərgiz Paşayeva: “Dünyada aqillər həmişə qüvvətli, cahillər isə zəif olur”
Tarix: 28.04.2017 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


"Nizami Gəncəvi adına Qızıl medal başqa bir alimə də nəsib ola bilərdi. Amma bu mükafata məni layiq gördülər. Mən də müəllimlərimdən öyrənmişəm, onlara minnətdaram". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva deyib. Mükafat üçün AMEA rəhbərliyinə təşəkkürünü bildirən N. Paşayeva qeyd edib ki, Nizami Gəncəvi adına Qızıl medalın dəyər və məsuliyyətini anlayır: "Dünyada aqillər həmişə qüvvətli, cahillər isə zəif olur. İstərdim ki, kiçik bir əməyim elmimizi daha qüvvətli, daha möhtəşəm etsin. Azərbaycan elmi fikri, Azərbaycan düşüncəsi, Azərbaycan özünüdərki böyük, beynəlxalq müstəvidə, Oksford kimi universitetdə öz təzahürünü və layiqli yerini tapsın. Nizami Gəncəvinin adı Oksford Universitetində daimi qalsın. "Tanrı məni işıqlandırdı" - Oksford Universitetinin devizidir. Nizami Gəncəvi isə yazıb: "Mənim misralarımdan işıq saçır, gözlərə işıq gəlir". Bu nailiyyəti tək özümə şamil etmirəm".
Qeyd edək ki, mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda təqdim olunacaq.
Xatırladaq ki, N. Paşayevaya bu mükafat müstəqillik illərində elm, təhsil sahəsində həyata keçirilən beynəlxalq layihə - Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin, Nizami Gəncəvi Fondunun yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi, Azərbaycan ədəbiyyatının dünya miqyasında tədqiq olunması sahəsindəki müstəsna xidmətlərinə görə verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info