“Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin tikintisi davam etdirilir”
Tarix: 28.04.2017 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Goranboy rayonunda bu rayonun, Yevlax və Ağdaş rayonlarının, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə görüşüb.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşların müraciətləri əsasən imtiyazlı şəxslərin mənzillə təminatı, bərpa müalicəsi xidmətinin göstərilməsi,  sığorta və pensiya münasibətləri, məşğulluğun təmin edilməsi, özünüməşğulluq fəaliyyətinin qurulmasının dəstəklənməsi, əmək hüquqlarının müdafiəsi və s. məsələləri əhatə edib. Nazirliyin aidiyyəti rəhbər vəzifəli şəxslərinin də iştirakı ilə hər bir müraciətin araşdırılaraq cavablandırılması təmin olunub.
 
“Cari ilin ilk rübündə qeyri-neft sektorunda 2,4%, o cümlədən kənd təsərrüfatında 3,5%, ixracda təqribən 50% artımın olması, əlavə olaraq iş yerlərinin yaradılması, ölkənin valyuta ehtiyatlarının 1 milyard dollar çoxalması respublikanın artıq yeni bir inkişaf yoluna çıxdığını göstərir. Müsbət dinamikanın sosial sahədə davamı kimi, cari ilin yanvar-fevral aylarında orta aylıq əmək haqqı 5,9%, əmək pensiyalarının orta aylıq məbləği 2017-ci ilin əvvəli ilə müqayisədə birinci rübdə 5,3% artıb”, - deyə S.Müslümov görüş zamanı vurğulayıb.
 
Nazirlik tərəfindən son iki ildə Goranboy, Yevlax, Ağdaş rayonları, Mingəçevir, Naftalan şəhərləri üzrə də 30 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini bildirən nazir eyni zamanda son illərdə Goranboy rayonunda yeni inşa olunmuş 54 mənzilli yaşayış binasının da Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunduğunu, hazırda bu bölgədə qeyd olunan kateqoriyalara aid şəxslər üçün evlərin tikintisinin davam etdirildiyini diqqətə çatdırıb: “Bölgə üzrə məşğulluğun təminatı da diqqətdə saxlanılır. Nazirliyin məşğulluq orqanlarının xətti ilə bu 5 rayon və şəhər üzrə cari ilin ilk rübündə 1 815 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib, 100 nəfərə yaxın şəxs peşə hazırlığına cəlb olunub. Özünüməşğulluq proqramı çərçivəsində Goranboy, Yevlax, Ağdaş rayonlarından, Mingəçevir, Naftalan şəhərlərindən də təlim kurslarına cəlb olunmuş şəxslərdən 63 nəfərin biznes-planları uğurlu hesab edilib, artıq onlardan bir qrupuna ailə təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib. Digərləri də qısa vaxt ərzində ailə bizneslərini formalaşdırmaları üçün aktivlərlə təmin olunacaqlar”.
 
Görüşdə bir sıra müraciətlərdə əksini tapan məsələlərin yerindəcə həll olunması üçün müvafiq tədbirlər görülüb. İşlə təmin olunmaq üçün müraciət edən şəxslərə boş iş yerləri (vakansiyalar) təqdim olunub və seçimlərinə uyğun iş yerlərinə göndərişlər verilib. Həmçinin bir sıra imtiyazlı şəxslər bərpa müalicəsinə cəlb edilmələri, reabilitasiya vasitələri ilə təmin olunmaları üçün qeydiyyata götürülüblər. S.Müslümov  bildirib ki, nazirliyin bu bölgə üzrə əlilliyi olan şəxslər üçün iki reabilitasiya müəssisəsi – Yevlaxda və Naftalanda Əlillərin Regional Bərpa Mərkəzləri vardır: “Dövlət başçısının tapşırığı əsasında reabilitasiya sisteminin təkmilləşdirilməsi üçün aparılan işlər bu mərkəzləri də əhatə edir. Hazırda hər iki mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılır, nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində olduğu kimi, onlarda da ən müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılacaq”.
 
Vətəndaşlar ölkədə sosial-iqtisadi inkişaf proseslərinin davamlı xarakter almasından, sosial müdafiə sisteminin gücləndirilməsi tədbirlərindən, eyni zamanda respublikanın regionlarında yeni iş yerlərinin yaradılmasından və məşğulluq imkanlarının artırılmasından razılıqlarını bildiriblər.
 
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info