Doğma yurdumuzu tanıyaq
Tarix: 19.04.2013 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanlığı burada fəaliyyət göstərən “Tələbə Turizm Assosisasiyası”nın xətti ilə muxtar respublikanın tarixi yerlərinə turist səfərləri təşkil edirlər.
Doğma Naxçıvanımızın bir-birindən gözəl, səfalı bölgələrini gəzmək, qədim tarixini araşdırmaq məqsədilə belə səfərlər müntəzəm olaraq həyata keçirilir. Magistratura üzrə dekan, dosent Etibar Məmmədov Naxçıvan Dövlət Universitetində Elmi Şuranın qərarı ilə 2010-cu ildə magistratura üzrə dekanlığın nəzdində yaradılmış Tələbə Turizm Assosiasiyası haqqında məlumat verərək bildirib ki, assosiasiyanın məqsədinin universitetdə təhsil alan bakalavr və magistrantlarının Naxçıvan Muxtar Respublikasının, Azərbaycanın və qonşu ölkələrin görməli yerlərinə, tarixi, memarlıq abidələrinə səyahətini təşkil etmək, bu yolla onların elmi-mədəni dünyagörüşünü daha da inkişaf etdirməkdən ibarətdir. Bu günlərdə isə dekan Etibar Məmmədovun rəhbərliyi ilə bir qrup magistrant Kəngərli rayonunda yerləşən, orta əsrlər Azərbaycan memarlığının incilərindən hesab edilən Qarabağlar türbəsinə səfər ediblər. Turist səfərinin gedişində magistrantlar görkəmli yazıçı Cəlil Məmmədquluzadənin Şərur rayonunun Cəlilkənd kəndində yerləşən xatirə muzeyində olublar. Səfərlərini davam etdirən magistrantlar Şərur rayonundakı Tarix-diyarşünaslıq müzeyində olub, rayon mərkəzini, Şərur şəhərini gəzib, Arpaçayın sahilində istirahət ediblər.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info