“Qəbələ” komandası qalib olub
Tarix: 28.04.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası “Boulevard Hotel U-15 Liqası”nın qalibi olub.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” yarışın başa çatmasına bir tur qalmış qızıl medalları təmin ediblər. Famil Xəlilovun baş məşqçisi olduğu komanda bu uğura “Sumqayıt”la təxirə salınmış oyunda imza atıb. Evdə rəqibini 3:0 hesabı ilə məğlub edən “Qəbələ”nin qollarından ikisini Veysəl Rzayev, birini Hüseyn Mürsəlov vurub. Bu qələbə mövsümdə 19-cu olub. Hesabında 3 heç-heçə və cəmi 1 məğlubiyyət olan komanda 23 matçdan sonra xal aktivini 60-a çatdırıb. Bununla da “Qəbələ” 2-ci pillədə qərarlaşan “Vətən”lə xal fərqini 4-ə çatdırıb. Bu üstünlük “qırmızı-qaralar”ın çempionluğunu təmin etsə də, komandanın mükafatlandırma mərasimi son turda keçiriləcək. AZAL ilə aprelin 30-da Qəbələdə baş tutacaq görüşdə komandaya qızıl medallar və kubok təqdim ediləcək.
Keçirdiyi matçlarda 71 qol vurub, cəmi 9-nu buraxan “Qəbələ”nin bombardiri Veysəl Rzayev hesabındakı topların sayını 21-ə çatdırıb. Bombardirlər yarışında liderlərə şərik olan hücumçu fərdi mükafat qazanmaq imkanına malikdir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info