BANM-in təşkilatçısı olduğu Forum yekunlaşdı
Tarix: 28.04.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu öz işini yekunlaşdırıb.
Forumun yeddinci sessiyası Xəzər regionunun neft emalı və neft-kimya sahələrinin icmalına həsr olunub. SOCAR-ın Karbamid Zavodunun direktoru Xəyal Cəfərov “Karbamid zavodunun Azərbaycanda vəzifələri və perspektivləri” mövzusunda, “Azərkimya” İstehsalat Birliyinin Modernizasiya və yenidənqurma şöbəsinin rəisinin müavini Fəzail Yusifov “Azərbaycanın neft-kimya sənayesi-perspektivlər və vəzifələr” mövzusunda, SOCAR-ın Emal layihələrinin idarə edilməsi şöbəsinin böyük mühəndisi Mətin Rəhimov “Azərbaycanın neft emalı və neft-kimya sahələrinin mövcud vəziyyəti və perspektivləri” mövzusunda, “Caspian Barrel” Neft Tədqiqatları Mərkəzinin direktoru İlham Şabanov “Xəzər regionunun neft emalı və neft-kimya sənaye sahələrinin təfsilatlı təhlili” mövzusunda, “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev “Metanolun istehsalı texnologiyası” mövzusunda və Emerson LLC şirkətinin Türkiyə və Cənubi Xəzər üzrə baş menecer Burak Gürkan “Göstəricilər üzrə ilk 25%-ın tərkibində necə olmalı. Plantweb rəqəmsal ekosistem” mövzusunda məruzələr təqdim ediblər.
Forumun “Səmərəliliyin artırılması üçün ən yeni texnologiyalar” sessiyasında MDB ölkələrində biznesin inkişafının rəhbəri Mixail Babkin “Rekuperasiya qurğusunun müasir texnologiyaları” mövzusunda və Pentair Valves&Controls şirkətinin regional meneceri Farux Oznur Çelikkol “Neft emalı və neft-kimya zavodlarında təhlükəsizliyin və səmərəliliyin artırılması üçün müasir klapanlar və kompleks idarəetmə sistemləri» mövzusunda məruzələr təqdim ediblər.
Qeyd edək ki, Forumda 150-dən artıq iştirakçılar - Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyətinin və strukturların bölüm rəhbərləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin nümayəndələri iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info