“Tələbə baharı” X Ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konserti keçirilib
Tarix: 28.04.2017 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilir.
Festival bir sıra istedadlı gənclərin üzə çıxarılmasında vacib rol oynayıb. 2009-cu ildə “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə və 2011-ci ildə Azərbaycana möhtəşəm qələbəni - birinciliyi bəxş edən Eldar Qasımov "Tələbə baharı" festivalının iştirakçısı və qalibi olublar.
2011-ci İldən etibarən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.
Festivalın keçirilməsində məqsəd, tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
Bu il 3-6 aprel tarixlərində festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 25-ə yaxın ali təhsil müəssisəsindən 800-dən çox tələbə müxtəlif nominasiyalar üzrə öz istedadlarını nümayiş etdirmişlər. 27 aprel tarixində saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında festivalın Qala konserti keçiriləcib. Qala konsert myuzikl tamaşa formatında olub.
Sonda festivalın qaliblərinə diplom və xatirə hədiyyələri təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
2 Yalnızlıq qorxusu
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info