“AŞPA-dakı təəssüf doğuran tamaşa bu assambleyaya və onun üzvlərinə şərəf gətirmir”
Tarix: 28.04.2017 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


AŞPA sədri Pedro Aqramunt assambleya tərəfindən onun istefasının tələb olunması və ətrafında baş verən narazılıqlarla bağlı bəyanat yayıb.
 
Pedro Aqramuntun İspaniya parlamentindəki mətbuat katibliyindən APA-ya verilən məlumata görə, bəyanatda bu həftə AŞPA tarixində tamamilə qəribə halların baş verdiyi qeyd olunur: “Bazar ertəsi və çərşənbə axşamı baş verən,  təəssüf doğuran tamaşa bu assambleyaya və onun üzvlərinə şərəf gətirmir. Aprel sessiyasında gündəlikdə iki məsələ olub.Birinci məsələ assambleyanın bəzi üzvlərinin korrupsiyada ittiham olunması məsələsi idi. Bununla əlaqədar olaraq azad və daxili araşdırma prosesinin yaradılması təsdiq olunub.
 
Digər məsələ olan mənim Suriyaya səfərim ispaniyalı senator kimi mənim şəxsi vəzifəmdir. Mən bununla bağlı bütün sorğulara izahat vermişəm, lakin bir qrup parlamentari bu izahatlardan sui-istifadə edib. Parlament Assambleyasının fundamental prinsiplərinə parlament diplomatiyası vasitəsilə insan haqlarına, demokratiyaya və qanunun aliliyinə hörmətlə yanaşmaq daxildir. Sülh, təmkinlilik və konstruktiv dialoq bizim əsas alətlərimizdir. Buna görə də mən fundamental məqsədlərimizə nail olmaq üçün sizi konsensusa gəlməyə və belə hadisələrin bir daha təkrarlanmaması üçün birgə işləməyə çağırıram”.
 
Qeyd edək ki, P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
 
Bu isə AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P. Aqramuna etimadsızlıq məsələsini qaldırıblar.
 
P. Aqramuntun bu gün AŞPA-nın Büro iclasına gələrək istefasını elan edəcəyi gözlənilsə də, o bunu etməyib.  
 
Büronun iclasına sədrlik etmiş AŞPA-nın vitse-prezidenti, Mühafizəkarlar qrupunun sədri Rocer Geyl bildirib ki, P. Aqramunt Büro iclasına gəlməyib və istefasını təqdim etməyib.
 
 "Biz də buna görə Pedro Aqramunta AŞPA sədri kimi etimad göstərməyəcəyik və o, Assambleyanı təmsil edə bilməz", - deyə R. Geyl vurğulayıb.
 
P. Aqramunt istefa vermədiyindən və Nizamnamədə impiçment proseduru olmadığından onun aqibəti hələlik məlum deyil.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info