General-leytenant Kərim Kərimovun 100 illik yubileyi qeyd olunub
Tarix: 28.04.2017 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev yanvarın 30-da kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü olmuş, xalqımız qarşısında mühüm xidmətlər göstərmiş general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu elmi-praktik konfransın keçirilməsi də həmin Sərəncamdan irəli gəlir. SSRİ dövründə sovet kosmonavtikasının fəxri hesab edilən, alim-mühəndis zehninin qələbəsi kimi qəbul olunan kosmik aparatlar K.Kərimovun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılıb. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, çoxmodullu “Mir” stansiyası vardı. Respublikamızla əlaqəni kəsməyən, AMEA-nın Aerokosmik Tədqiqatlar Mərkəzinə kömək göstərən Kərim Kərimov bu sahədə bir çox azərbaycanlı alimin fəaliyyəti və inkişafı üçün şərait yaradıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi ilə bağlı aprelin 28-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən elmi-praktik konfransda səslənib.
Tədbirdə çıxış edən təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Kərim Kərimovun həyatı və fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, 1917-ci ildə Bakının Pirşağı kəndində neftçi ailəsində anadan olan K.Kərimov hələ orta məktəb illərindən radiotexnikaya maraq göstərib. 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən K.Kərimova qeyri-adi istedadına və dərin biliyə malik olduğuna görə Dzerjinski adına Artilleriya Akademiyasına qəbul olmaq üçün təyinat verilir. K.Kərimov 1943-cü ildə həmin Akademiyadan topçu-mühəndis ixtisası üzrə məzun olub. O, “Katyuşa” adı ilə tanınan yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanıb. Silahın təkmilləşdirilməsi barədə bir neçə dəyərli təklif irəli sürən K.Kərimov həmin vaxtdan raket texnikasının inkişafı naminə elmi və fiziki potensialını əsirgəməyib. Görkəmli alim və hərbi xadim keçmiş Sovet İttifaqı və Azərbaycan elminə mühüm töhfələr verib, SSRİ-də aerokosmik sahənin inkişafında müstəsna xidmətlər göstərib.
Görkəmli alim və hərbi xadimin Sovet İttifaqı və Azərbaycan elminə verdiyi töhfələrdən, SSRİ-də aerokosmik sahənin inkişafındakı müstəsna xidmətlərindən danışan C.Xəlilov deyib: “K.Kərimov Baykonur kosmodromunun əsası qoyulan gündən Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilib. SSRİ-də kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın - Yuri Qaqarinin kosmosa göndərilməsində onun böyük xidmətləri olub. K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyəti yüksək qiymətləndirilib və o, 1966-cı ildə Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilib və bu məsul vəzifədə 25 il çalışıb. 1991-ci ildə istefaya çıxan K.Kərimov Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olub. K.Kərimov iki dəfə Lenin, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, həmçinin Azərbaycanın “Şöhrət” ordenlərinə layiq görülüb və çoxlu medalla təltif olunub. O, iki dəfə dövlət mükafatı alıb”.
Məruzədən sonra Kərim Kərimovun çoxsahəli fəaliyyəti barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktorunun birinci müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanovun, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktoru, texnika elmlər doktoru Fəxrəddin Ağayevin, Kərim Kərimovun yaxını Oqtay Əhmədovun və başqalarının məruzələri dinlənilib.
Diqqətə çatdırılıb ki, Kərim Kərimov kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərib. Kosmik fəzanın tədqiqi işinə və kosmonavtika elminə mühüm töhfələr verib.
Digər çıxış edənlər də Kərim Kərimov haqqında xatirələrini bölüşüb, böyük alimin xidmətlərinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildiriblər.
Sonda kinorejissor, Xalq Artisti Vasif Babayevin görkəmli alim və hərbi xadim Kərim Kərimov haqqında çəkdiyi “Yüksəliş” sənədli filmi nümayiş etdirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info