Malayziya səfiri UNEC-də
Tarix: 29.04.2017 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


UNEC-də “İslam Həmrəyliyi İli” çərçivəsində islam ölkələrinin diplomatik korpuslarının nümayəndələri ilə görüşlər davam edir.
Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rahman UNEC-də olub. Rektor, professor Ədalət Muradov qonağı Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində salamlamaqdan məmnun olduğunu bildirib. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyindən bəhs edən rektor, bunun dözümlülük, sülh, tolerantlıq və dünyəviləşmə ideyalarının təbliğində dövlətin rolunu qabardan əlamətdar hadisə adlandırıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərarın ölkəmizin islam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratdığını qeyd edib. Rektor səfirə UNEC-in tarixi, beynəlxalq əlaqələri, ikili diplom proqramları barədə məlumat verib. UNEC-in ölkədə dörd dildə təhsil verən və xaricdə filialı olan yeganə universitet olduğunu diqqətə çatdırıb. Qonağa İnnovativ Biznes İnkubatorunun fəaliyyəti haqqında məlumat verən rektor, uğurlu startap layihələrindən söz açıb.
Səfir Dato Roslan Tan Sri Abdul Rahman Azərbaycanın Malayziya ilə diplomatik münasibətlərinin müstəqilliyini bərpa etdikdən sonra yaratdığını diqqətə çatdıraraq, iki ölkə arasında uğurlu əməkdaşlıqdan söz açıb. Həmin vaxtdan etibarən sabit inkişaf xətti ilə tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərin bir çox mühüm hadisələrlə əlamətdar olduğundan bəhs edib. Sonra diplomat UNEC tələbələri ilə görüşüb. UNEC-də olmaqdan məmnunluq duyduğunu ifadə edən səfir tələbələrə Malayziya barədə ətraflı məlumat verib. Ölkəsinin 1957-ci ildə müstəqillik qazandığını qeyd edərək, əhalisinin əksər hissəsinin müsəlmanlardan ibarət olduğunu diqqətə çatdırıb. Malayziyanın Birləşmiş Millətlər Təşkilatının lider üzvlərindən biri olduğunu vurğulayan diplomat, ölkəsinin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının da üzvü olduğunu bildirib. Səfir Malayziyanın coğrafiyası, iqtisadiyyatı, pul vahidi, təhlükəsizliyi, texnologiyası, təhsil sistemi, turizm imkanları və mədəniyyəti haqqında geniş təqdimatla çıxış edib. Tələbələrin Malayziya barədə suallarını cavablandıran diplomat sonda auditoriyada müsabiqə elan edib. Təqdimatı ilə bağlı sualları cavablandıran tələbələrə hədiyyələr təqdim edib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info