Tramp Suriya və İraqın taleyini Pentaqona həvalə etdi
Tarix: 29.04.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


ABŞ müdafiə nazirinə həmin bölgələrdə hərbi kontingentin sayını müəyyən etmək hüququ verilib

ABŞ prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettusa İraq və Suriyadakı Amerika qoşunlarının sayını müstəqil şəkildə müəyyən etmək hüququnu həvalə edib. Bunu Pentaqon rəhbərliyi də təsdiq edib. Xatırladaq ki, bu vaxta qədər ABŞ rəhbərliyi “İŞİD”-in fəaliyyətdə olduğu ərazilərdə terror təşkilatına qarşı öz hərbçilərinin sayını artırmaq barədə heç bir plana malik deyildi.
Lakin Trampın Ceyms Mettusa belə bir səlahiyyət verməsi ekspertlər tərəfindən birmənalı qarşılanmır. Həmin ekspertlər hesab edirlər ki, bu qərar ABŞ-ın Suriyadakı bazaya zərbə endirilməsi kimi halların tez-tez baş verməsini asanlaşdıracaq. Bu regionda ABŞ əsgərlərinə rəhbərlik edən Pentaqon səlahiyyətlisi Dana Uayt bildirib ki, prezident Tramp İraq və Suriyada güc səviyyəsinə nəzarət etmək hüququnu müdafiə nazirinə verib: “Lakin regionda olan qüvvələrlə bağlı hər hansı dəyişiklik yoxdur”. Uayt hesab edir ki, ABŞ-ın strategiyasına əsasən terrorçulara qarşı mübarizə yerli qüvvələrlə işbirliyi ilə həyata keçirilir: “Amma əraziyə əlavə qüvvələrin transfer edilməsi komandanlığa daha çevik və effektli mübarizə aparmaq imkanı verəcək”. Məsələnin mahiyyəti burada üzə çıxır. Belə ki, ABŞ bölgədə hərbi iştirakını artırmağa hazırlaşır. Səlahiyyətlərin Pentaqon rəhbərinə verilməsi o deməkdir ki, Pentaqon kontingentin sayını artırmaq üçün Konqresdən heç bir icazə almayacaq, yalnız görülən tədbirlər haqqında hesabat verəcək. Burada narahatlıq yaradan nüanslardan biri də Suriya və İraqdakı ABŞ hərbçilərinin sayı barədə dəqiq məlumatın olmaması ilə bağlıdır. Trampın bu addımı bürokratik maneələrin aradan qaldırılması və Pentaqonun daha çevik reaksiya verməsi üçün atılıb. Məlum məsələdir ki, ABŞ-ın müdafiə orqanları dünyanın odlu nöqtələrindəki hərbçilərinin sayı barədə dəqiq məlumat vermir. Hələ Barak Obamanın prezidentliyi dövründə ABŞ rəsmiləri Suriyaya 500, İraqa isə 5 min hərbiçi göndərdikləri barədə məlumat versələr də, ekspertlər bunu azaldılmış rəqəm kimi dəyərləndirirdilər. Müşahidəçilər qeyd edirlər ki, faktiki sayın açıqlanması İraq və ya Suriyada böyük problemlər yarada bilər. Bu gün bir çox Amerika siyasətçiləri, o cümlədən Milli Təhlükəsizlik Şurası, Senat, Nümayəndələr Palatası üzvləri hesab edirlər ki, Pentaqon Trapm üçün muxtar quruma çevrilib. Bəzi KİV orqanları yazır ki, Tramp Pentaqona Yəmən və Somali kimi ölkələrdə şirkətlər üzərində hərbi nəzarəti genişləndirmək səlahiyyəti də verib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info