“TANAP-ın tikintisi gələn il tamamlanacaq”
Tarix: 29.04.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi gələn il tamamlanacaq”. Anadolu Agentliyi xəbər verir ki, bunu Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib.
Qeyd edək ki, TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 78,5 faizi görülüb. Boru kəməri iki fazada inşa olunur. Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq. Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlər isə Dardanel boğazından keçən sualtı hissədir. Faza-1 üzrə işlərin 44 faizi tamamlanıb. Bununla da, TANAP layihəsi çərçivəsində Faza-0 və Faza-1 üzrə bütün işlərin 69 faizi icra edilib. TANAP-ın inşasına hazırda 10 minədək işçi cəlb olunub. TANAP-ın Dardanel boğazından keçəcək 17,6 kilometrlik dəniz hissəsinin tikintisinə isə may ayının sonlarında başlanılacaq.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
İndoneziya səfiri: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik“
23.08.2019
Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“
23.08.2019
“Biz silah yarışına girmək istəmirik, amma...“
23.08.2019
“Təhsilhaqqını ödəyə bilməyənlərlə bağlı xeyriyyə kampaniyası alqışlanası addımdır”
22.08.2019
Bu qüvvələrin məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info