XİN başçılarının Moskva görüşü
Tarix: 29.04.2017 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Nazirlərin görüşündə prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar müzakirə edilib”
Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin - Sergey Lavrovun, Elmar Məmmədyarovun və Edvard Nalbandyanın işgüzar görüşü olub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesində irəliləyiş perspektivlərinin müzakirəsi davam edib. 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın xarici işlər nazirinə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə kömək göstərmək səylərinə görə təşəkkür ediblər. Nazirlər müzakirə edilmiş bütün məsələlər üzrə əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Rusiya, Azərbaycan və Ermənistan nazirlərinin üçtərəfli danışıqlarının yekunlarına əsasən onlar ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa səfirləri ilə, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi ilə görüşlər keçiriblər. Bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi sahəsində vəziyyət barədə fikir mübadiləsi aparılıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüşlə bağlı deyib ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı üçtərəfli görüşündə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib. Hikmət Hacıyev qeyd edib ki, aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info