Dövlət komitəsində “Açıq qapı günü”
Tarix: 20.04.2013 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Açıq qapı günü” təşkil edilib.
Tədbiri giriş sözü açan QKDK-nın aparatının rəhbəri Bəxtiyar Əzizov “Açıq qapı günü”nün 05 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı çərçivəsində şəffaflığın artırılması və mərkəzi icra hakimiyyəti orqanlarının açıq hökumət prinsiplərinə uyğunlaşdırılması istiqamətində həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinin müdiri Elnur Allahverdiyev təqdimat zamanı struktur bölmənin əsas fəaliyyət istiqamətləri və vəzifələri barəsində ətraflı məlumat verib. E.Allahverdiyev müxtəlif növ qiymətli kağızların qeydiyyatının aparılmasını, qiymətli kağızların və onlar üzərində hüquqların qeydiyyatı və uçotunu, emitentlərin illik hesabatlarının qəbulu və təhlili istiqamətində görülən işlər barəsində məlumat verərək, şöbə tərəfindən qiymətli kağızların qeydiyyatı ilə bağlı bütün xidmətlərin elektron formada təşkil edildiyini KİV nümayəndələrinin diqqətinə çatdırıb.
Sonda QKDK-nın fəaliyyət istiqamətləri barəsində KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info