Gənclər və İdman Nazirliyinin dəstəyi ilə regionlarda Gənc könüllü klubları yaradılıb
Tarix: 29.04.2017 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda “Gənc könüllülər klubu”nun yaradılması, gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi – 3-cü mərhələ” adlı layihə icra edilib. Layihənin məqsədi region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsi, regionlarda könüllülük ideyasının gənclər arasında təbliğ olunması, könüllülərin formalaşdırılmasını, icma-könüllü əməkdaşlığının qurulması olub.
Bu məqsədlə layihə çərçivəsində 12, 13, 14, 15 aprel 2017 – ci il tarixində Göygöl rayonunda, 17, 18, 19, 20 aprel 2017 – ci il tarixində Ağstafa rayonunda, 24, 25, 26, 27 aprel tarixində isə Şəmkir şəhərində “Könüllü məktəbi” adı altında maarifləndirici təlimlər keçirilmişdir. Təlimlərə qeyd olunan regionlardan 300 birbaşa, 2500 dolayı iştirakçı cəlb olunmuşdur. Gənclərin aktiv iştirkı ilə interaktiv formada keçən təlimlərdə əsasən aşağıdakı mövzular əhatə olunub:
• Könüllülük nədir;
• Könüllülüyün prinsipləri və məqsədləri;
• Kim könüllü ola bilər;
• Könüllünün və təşkilatların hüquq və vəzifələri;
• Könüllülərin iştirakçılığı;
• Könüllülük: yerli və beynəlxalq təcrübə;
• Könüllülük sahəsində qanunvericilik;
• Könüllük sahəsində beynəlxalq gənclər proqramları və s.
Layihə çərçivəsində Göygöl, Ağsatafa və Şəmkir rayonlarında “Gənc könüllülər Klubu” yaradılmışdır. Qeyd edək ki, bu klublar davamlı fəaliyyət göstərəcək və regionlarda müxtəlif könüllülk təşəbbüslərində iştirak edəcəklər.
Layihə çərçivəsində iştirakçılara müxtəlif çap məhsulları, o cümlədən “Könüllü fəaliyyət üçün bələdçi” adlı kitabça paylanılıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info