Əli Əhmədov: “Məqsədimiz həyat səviyyəsini Avropa standartlarına yaxınlaşdırmaqdır”
Tarix: 01.05.2017 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


“Çox təəssüf ki, bəşəriyyətin inkişafın yüksək mərhələsinə çatmasına baxmayaraq, hələ də çox ciddi problemlər mövcuddur. BMT-nin hesablamalarına görə, 1 milyarda qədər insan normal qidalana bilmir, 1,5 milyard insan gündə 1 dollara yaşamağa məhkumdur”. Bu sözləri BMT -nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfransda baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, dünyada on milyonlarla insan işsizlikdən əziyyət çəkir: “Ayrı-ayrı ölkələrdə insanların orta ömrü 50-55 ildir, inkişaf etmiş ölkələrdə isə bu göstərici 75-80 ildir. Bütün bunlar BMT -ni ciddi şəkildə narahat edir. Ona görə də BMT bu problemlərin 2030-cu ilə kimi həll edilməsi məqsədlərini qarşıya qoyub. O da təəssüf doğurur ki, aclıq, yoxsulluq təbii və insan resursları ilə zəngin bir sıra Afrika və Asiya ölkələrində özünü göstərir. ABŞ-ın hərbi xərcləri 600 milyard dolları keçib, Avropa İttifaqında gündəlik 1 iş saatı orta hesabla 8 avrodur, dünyada 1 milyard insan isə gündəlik 1 dollara məhkumdur”.
 Ə. Əhmədov qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan inkişaf edən ölkələr sırasına daxildir: “Son 12 ildə Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb. Azərbaycanda təhsil, səhiyyə infrastrukturunun yenilənməsi sahəsində mühüm iş görülüb. Bütün bunlar ölkəmizdə insanların həyat səviyyəsini köklü şəkildə dəyişib. BMT -nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmaqda Azərbaycanın məqsədi əhalinin rifahını daha da yüksəltməkdir. İnanırıq ki, Azərbaycan iqtisadiyyatının inkişafı yeni mərhələyə qədəm qoyacaq. Məqsədimiz həyat səviyyəsini Avropa standartlarına yaxınlaşdırmaqdır. Bu hədəf və məqsədlər mili proqramda əksini tapıb”.
Baş nazirin müavini bildirib ki, Azərbaycanda güclü vətəndaş cəmiyyəti təsisatı formalaşıb: “İnanırıq ki, vətəndaş cəmiyyətinin iştirakı ilə qarşıya qoyduğumuz məqsədlərə daha sürətlə çatacağıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info