BDAT-da yeni təyinatlar
Tarix: 01.05.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatında yeni təyinatlar Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatında (BDAT) yeni təyinatlar olub. Təşkilatın Mətbuat xidmətindən verilən məlumata görə, təşkilatının Nümayəndə Heyətinin (BDAT) növbəti iclası keçirilib. İclası açan təşkilatın prezidenti Sərraf Kərimov BDAT adlı qurumun dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və həmin ölkələrin cəmiyyətlərində xüsusi fəallığı ilə seçilən soydaşlarımızla məsləhətləşmələr əsasında reallığını bildirib. “Məqsəd dünya çapında müstəqil Azərbaycanımızı təbliğ etmək, azərbaycançılıq ideologiyasına xidmət etməklə məskunlaşdığı ölkələrdə fəal olan insanlarımızı təşkilatlandırmaq, müxtəlif ölkələrdə yaradılmış təşkilatlarımızın fəaliyyətinə, ölkəmizin müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinə dəstək vermək, milli məsələlərimizi beynəlxalq aləmin gündəminə gətirmək, ölkəmizdə mövcud olan hər cür milli, dini, mədəni tolerantlığı, multukulturalist mühiti təbliğ etməkdir.” İclasın gündəliyində duran məsələlərdən biri Təşəbbüs Qrupunun Nümayəndə heyətinin üzvlərinə vəzifələrin verilməsi və digər cari məsələlərin geniş müzakirəsi idi. Belə ki, (BDAT) artıq Təşəbbüs Qrupu kimi deyil təşkilat olaraq fəaliyyət göstərməyə qərara aldı. Daha operativ işləmək və yüksək nəticə əldə etmək üçün Təşəbbüs Qrupunun üzvlərinə vəzifələr təklif edildi. Vəzifələr Qrup üzvlərinin müzakirəsi və səs çoxluğu ilə təyin edilərək yekdilliklə qəbul edildi. Sonda təşkilatı işlərlə bağlı müzakirələr aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Yeni Günəşli istiqamətində körpüyə giriş məhdudlaşdırılacaq
22.11.2018
“Sakinlər qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə daimi maarifləndirilməlidir”
22.11.2018
Ölkəyə qanunsuz spirtli içkilər və narkotik gətirilməsinin qarşısı alınıb
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info