Makedoniya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır
Tarix: 20.04.2013 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Makedoniyanın baş naziri Nikola Qruevskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə bu gün Bakıda Azərbaycan-Makedoniya işgüzar görüşü işə başlayıb.
Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan-Makedoniya işgüzar görüşü ilk dəfədir keçirilir: «Azərbaycan istənilən Avropa ölkəsi ilə, o cümlədən Makedoniya ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Bu cür görüşlərin keçirilməsi müsbət nəticələrə səbəb olacaq. Ölkələr arasında siyasi sahədə əlaqələr çox yüksək səviyyədədir. İqtisadi sahədə də əlaqələr inkişaf edir. Bu əlaqələrin daha da inkişaf etməsi üçün lazımi hüquqi bazanın yaradılması vacibdir ki, bu gün də iki ölkənin hökumətləri arasında sərmayələrin təşviqi və qorunması sahəsində saziş imzalanacaq». Nazirin sözlərinə görə, sənədin imzalanması iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına və ticarət dövriyyəsinin artmasına gətirib çıxaracaq. Öz növbəsində N.Qruevski bildirib ki, Makedoniya Azərbaycanla iqtisadi sahədə əlaqələrin inkişafında maraqlıdır. Ölkəsinin iqtisadiyyatı və biznes mühiti barədə məlumat verən baş nazir qeyd edib ki, Makedoniyada dividend ödəməyən və həmin vəsaitin şirkətin sonrakı inkişafına yönəldən sahibkarlar vergidən azad olunub: «Makedoniyanın böyük turizm potensialı mövcuddur. Biz turizmin inkişafı üçün dövlətə məxsus torpaqları sahibkarlara 1 kv. metrini 1 avroya satırıq. Ölkənin əsas problemi işsizliyin 30% olmasıdır». Nikola Qruevski bildirib ki, Makedoniya Azərbaycanla enerji sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Tədbirdə hər iki tərəfdən kənd təsərrüfatı, qida, tikinti, səhiyyə, İKT və digər sahələrdə çalışan sahibkarlar iştirak edir. Görüşdə Makedoniyanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilib və iş adamlarını maraqlandıran suallar cavablandırılıb. Tədbir iki ölkənin iş adamları arasında görüşlərlə davam edir.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycan nefti bahalaşıb
21.01.2019
Qeyri-neft sektoruna yüksək keyfiyyət standartı tətbiq ediləcək
21.01.2019
UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019
Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info