Azərbaycan “Xalqların adət-ənənələri” adlı mədəniyyət festivalında təmsil olunub
Tarix: 01.05.2017 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Daşkənddəki ingilisdilli Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq keçirilən “Xalqların mədəniyyəti və adət-ənənələri” adlı festivalda Azərbaycan təmsil olunub.
Festival çərçivəsində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və mədəniyyət mərkəzlərinə otaqlar ayrılmış və hər bir ölkə öz mədəniyyətini, turizmini nümayiş etdirib.
Öncə tədbirin rəsmi açılış mərasimində universitetin rektoru Kamilcon Karimov çıxış edərək festivalın əhəmiyyətindən danışıb, qeyd edib ki, festival universitetin tələbələrinə, o cümlədən özbək gənclərinə müxtəlif xalqların mədəniyyətləri, incəsənəti, adət və ənənələri ilə tanış olmaq və bu mövzuda biliklərini artırmağa imkan verdiyini söyləyib.
Tədbirdə bir neçə xarici ölkənin təmsilçisinə fəal əməkdaşlığa görə fəxri diplomlar təqdim olunub. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da təltif olunub.
Festivalda Azərbaycan stendini Özbəkistandakı Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzi təşkil edib.
Ölkəmiz üçün ayrılmış xüsusi otaqda Azərbaycan mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirlərimiz, milli musiqi alətlərimiz, Azərbaycanın müxtəlif regionlarında toxunmuş xalçalar nümayiş etdirilib.
Azərbaycan guşəsində təşkil olunmuş kitab sərgisində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər iştirakçıların böyük marağına səbəb olub.
Nümayiş etdirilən videoçarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm gözəllikləri  göstərilib.
Builki sərgidə Daşkənddəki Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin əl işləri və naxıştikmə dərnəyinin istedadlı uşaqlarının hazırladıqları milli suvenirlərimiz nümayiş etdirilməklə yanaşı, praktiki olaraq onların hazırlanma prosesi təqdim edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinə ayrılmış xüsusi stenddə isə ölkəmizin ali məktəbləri, dünya standartlarına cavab verən təhsil ocaqlarına dair məlumatlar sərgilənib, Azərbaycan Diplomatik Akademiyası, Xəzər Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin təqdimatı keçirilib, xüsusi bukletlər paylanılıb.
Qeyd edək ki, Mədəniyyət Festivalında ABŞ, Böyük Britaniya, Misir, Koreya, Pakistan, İtaliya, Rusiya, Çin, Qazaxıstan, İran və başqa ölkələr öz mədəniyyət stendlərini təqdim ediblər.
Tədbirin bədii hissəsində müxtəlif ölkələrin milli rəqs qrupları çıxış edib, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı bir sıra milli rəqslərimizi ifa ediblər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info