Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 8 milyona yaxın müraciət olunub
Tarix: 01.05.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi “Elektron hökumət” portalında aktuallığı ilə seçilərək, portalın istifadəçi kontingentinin əhəmiyyətli şəkildə artmasında mühüm rol oynayır. Bunun göstəricisi kimi, istifadəyə verildiyi 2014-cü ilin iyulundan cari ilin 01 may tarixinədək əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 7 milyon 606 min 800 dəfə müraciət olunub.
Ölkəmizin sosial-iqtisadi münasibətlər sisteminin mühüm elementi olan bu sistem ilk növbədə əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılmasına xidmət edir. Bu məqsədlə sistemin tərkib hissəsi olan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti işəgötürənlərin daimi müraciət etdiyi e-xidmətlərdəndir. Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin 6 milyon 500 min 632-si məhz bu e-xidmətə yönəlib. Müraciətlərin qalan hissəsi, yəni 1 milyon 106 min 168-i “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aid olub. Bu e-xidmət isə işçilərə hazırda işlədikləri və ya əvvəllər işləmiş olduğu işəgötürənlər tərəfindən onlarla bağlı əmək müqaviləsinin bağlanması, onlara dəyişikliklər edilməsi və xitam verilməsi üzrə sistemə daxil edilmiş bildirişlər barədə məlumat öyrənməyə imkan verir. İşçilər bu bildirişlər üzrə onlara lazım olan məlumatları elektron sənəd kimi formalaşdıra və ya kağız formasında çap edə bilirlər.
Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi işçi və işəgötürənlərin əmək münasibətləri sahəsində hüquqlarının əsaslı təminat vasitəsi olmaqla yanaşı, əmək münasibətlərinin dolğun və obyektiv uçotunun aparılmasına imkan verib, əmək bazarında baş verən proseslərlə bağlı zəngin və real vəziyyətə əsaslanan informasiya bazasını formalaşdırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər avtomatlaşdırılmış sistemləri ilə bərabər, bu sistem də mötəbər beynəlxalq qurumlar, o cümlədən BMT tərəfindən ümumən Azərbaycanın uğurlu islahat təcrübəsi kimi qəbul olunaraq təbliğ edilir.
Eyni zamanda ayrı-ayrı ölkələr tərəfindən Azərbaycanın əmək və sosial müdafiə sahələrində müasir, şəffaf və səmərəli iş təcrübəsinə yol açmış elektron idarəetmə və xidmət sistemlərinə, o cümlədən əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin öyrənilməsinə maraq getdikcə artır. Həmin ölkələrin KİV-lərində də Azərbaycanın əmək və sosial müdafiə sahələrində elektron sistemlərindən bəhs edən dolğun materiallar yer alıb.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info