DSMF-yə sığorta haqları üzrə daxilolmaların 62,3 faizi qeyri-büdcə sektorunun payına düşüb
Tarix: 20.04.2013 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


İlkin məlumatlara əsasən, 2013-cü ilin birinci rübü Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 685,1 mln. manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 46,2 mln. manat və ya 7,2 faiz çoxdur.Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 16,1 mln. manat və ya 5 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 13,9 faiz və ya 41,5 mln. manat artaraq 339,3 mln. manat təşkil edib. Bu barədə fonddan məlumat verilib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62,3 faizi və ya 221,4 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 37,2 mln. manat və ya 21,4 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 20 faiz və ya 35,2 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 44,3 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 85 faiz artıb.
2013-cü ilin yanvar-mart aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 127,9 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz və ya 6,3 mln. manat artıb.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.
2013-cü ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 614,9 mln. manat olub.Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 605,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 mln. manat və ya 0,9 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 0,8 faiz və ya 4,5 mln. manat artaraq 592,2 mln. manat təşkil edib.
2013-cü ilin birinci rübündə əhaliyə 13,3 mln. manat məbləğində müavinət ödənilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 9,4 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 0,6 mln. manat və ya 6,5 faiz çoxdur.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info