Növbəti hərraca ümumilikdə 49 əmlak çıxarılıb
Tarix: 01.05.2017 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 30-da növbəti hərrac keçiriləcək.
Komitədən Trend-ə verilən məlumata görə, hərraca ümumilikdə 49 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 12-i kiçik dövlət müəssisə və obyekti, 14-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü nəqliyyat vasitəsidir.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan biri paytaxtın Suraxanı rayonunda, digərləri isə regionlarda müvafiq olaraq Göyçay, Ağdam, İmişli, Beyləqan, Gəncə və Ağstafada yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlak "Ağdam Pambıq" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Adı çəkilən əmlak 872 min 500 manata təklif olunur. Bundan başqa paytaxtın Suraxanı rayonunda yerləşən 55 saylı hamam isə torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 1656 kv.m olan əmlakın ilkin start qiyməti 115 min manatdır.
İstifadəsiz qeyri-yaşayış sahələrinin isə 7-si Bakıda, 1-i Yevlaxda, 3-ü Abşeronda, 1-i Sumqayıtda, 2-si Ağdaşda yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı sahəsi 12 kv.m-lə 109 kv.m arasında dəyişir. Bu isə alıcıların seçim imkanını artıraraq onların fəaliyyətini əvvəlcədən planlaşdırmağa imkan verir.
Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Yevlax Yun”, “Ağcabədi Aqrotexservis”, “Masazır Quşçuluq”, “Ucar ağac emalı”, “Mingəçevir Qum Çınqıl” kimi müəssisələr var. Hərrac özündə şəffaflıq, rahatlıq, operativlik kimi prinsipləri cəmləşdirir. Belə ki, istənilən şəxsin prosesdə iştirak etməsi şəffaflığı, iştirak etmək üçün prosesin olduqca az olması rahatlığı, qalib olan şəxsə əmlakları ilə bağlı çıxarışın verilməsi isə operativliyi təmin edir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info