Çikaqoda Azәrbaycanın strateji әhәmiyyәti vurğulanıb
Tarix: 01.05.2017 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


ABŞ-ın aparıcı biznes və sənaye mәrkәzlәrindәn biri olan Çikaqo şәhәrindә 2017-ci il üzrə İpәk Yolu beynәlxalq konfransı keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ənənəvi olaraq hər il keçirilən bu konfrasda İpək Yolu boyunca yerləşən, o cümlədən Çin, Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və bəzi Şərqi Avropa dövlətlərinin rəsmi və özəl strukturlarının çoxsaylı təmsilçiləri, eləcə də ABŞ-ın Çikaqoda və ətraf regionlarda fəaliyyət göstərən şirkətlərinin və akademik institutlarının nümayəndələri iştirak ediblər.

Konfransın әsas mövzusu iştirakçıların Avropanı Çinlә birlәşdirәn İpәk Yolu üzәrindә yerlәşәn dövlәtlәrin investisiya, ticarәt, nәqliyyat vә tranzit potensialı ilә tanış edilməsindən ibarәt olmuşdur. Əvvəlki illərdə keçirilmiş tədbirlərdə olduğu kimi bu ilki tədbirdə də ölkəmiz Azərbaycanın ABŞ-dakı Sәfirliyi tərəfindən təmsil edilmiş və konfransda Azərbaycan tərəfdən Səfirlik ilə yanaşı ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) qatılıb.
Tədbirdə çıxış edən Səfirliyin əməkdaşı tərəfindən Azərbayanın əlverişli coğrafi mövqeyi, ölkəmizin müasir tarixi və öz müstəqilliyini bərpa etdikdən sonra keçdiyi uğurlu transformasiya yolu və bu yolun iqtisadiyyatın sürətli inkişafına səbəb olması izah edilmiş, ölkəmizin təşəbüsü və ya aparıcı rolu ilə həyata keçirilən iri miqyaslı layihələrin tarixi İpək Yolunun bərpası baxımından əhəmiyyətinə toxunulmuşdur. Bu xüsusda, ölkəmizin İpək Yolunda yerləşən qonşu dövlətlərlə əlaqələrinin (connectivity) gücləndirilməsinə töhfəsi kimi, energi, nəqliyyat, informasiya və telekommunikasiya sahəsində, eləcə də mədəni səviyyədə təmasların artırılmasına yönəlmiş səyləri barədə danışılmışdır. USACC-nin təmsilçisi Azərbaycanda biznes və investisiya imkanları barədə danışmış və diqqəti qeyri-neft sektorunun inkişafı məqsədilə ölkədə müxətlif istiqamətlərdə aparılan uğurlu islahatlara yönəldib.

Eyni zamanda konfrans çərçivəsində Azərbaycan barədə müxtəlif nəşrlərin təqdimatı ilə məlumat güşəsi təşkil edilmiş, ölkəmizlə biznes və investisiya əlaqələrinin qurulmasında maraqlı olan şirkətlərlə bu istiqamətdə müzakirələr keçirilmiş və onlar müvafiq prosedurlar barədə məlumatlandırılmışdır.
Tәdbir Şimali İllinoys Universitetinin Biznes Kollecinin sponsorluğu ilә Mәrkәzi Asiya Mәhsuldarlığın Araşdırılması Mәrkәzi tәrәfindәn tәşkil edilib. Hәmçinin, konfransın hәmsponsorları qismindә “Silk Way Airlines”, "SME Group" şirkəti, “Qlobal Biznes Mәslәhәti” jurnalı, "Tianjin İqtisadi Texnoloji İnkişaf Sahәsi", “Uaytsayd Bölgəsi üzrə İqtisadi İnkişaf Departamenti” və "ABŞ-Qazaxıstan Biznes Assosiasiyası" çıxış edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info