Angela Merkel Putinlə görüşəcək
Tarix: 01.05.2017 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


AFR kansleri Angela Merkel mayın 2-də Soçiyə bir günlük səfərə gedəcək. Soçidə o Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək. Bu səfər ərəfəsində kanslerin müşavirləri onun səfərinin məqsədlərini jurnalistlərə izah etmək üçün brifinq keçirtməyiblər. Almaniyalı müşahidəçilər bu fakta əsasən belə nəticəyə gəlirlər ki, həmin səfər epoxal hadisə olmayacaq. Çoxlarının fikrincə, bu səfər iyul ayında G20 qrupunun sammitinə hazırlıq çərçivəsində Rusiyanın mövqeyini öyrənmək məqsədi güdür. Xatırladaq ki, G20 qrupunda hazırda Almaniya sədrlik edir.
Səudiyyə Ərəbistanı da bu qrupa daxildir. Angela Merkel aprelin 30-da və mayın 1-də həmin ölkədə də eyni məqsədilə danışıqlar aparır. Yeri gəlmişkən, bu səfərdən əvvəl jurnalistlər üçün brifinq təşkil edilmişdi.
AFR hökumətindəki mənbədən mətbuata anonim şəkildə “sızdırılmış” məlumata görə, Angela Merkelin Vladimir Putin ilə görüşdə əsas məqsədi G20 sammitinin təşkilatçısı olan Berlinin həmin sammitin yekun rəsmi məlumatında təsbit etmək istədiyi müddəalara Moskvanın münasibətini öyrənməkdir. Yekun rəsmi məlumat isə qrupun bütün iştirakçıların razılığı ilə qəbul edilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb
22.01.2019
“United Airlines” aviaşirkətinin sərnişinləri 16 saat təyyarədə qalıblar
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info