Le Pen qalib gəlsə avrodan imtina edəcək
Tarix: 01.05.2017 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Fransada prezidentliyə namizəd Marin Le Pen «Europe 1» radio stansiyasına verdiyi açıqlamada Avropa İttifaqını «Azad və suveren dövlətlərin Avropa ittifaqı» ilə əvəzləyəcəyini bildirib: «Mən bir avropalı kimi, öz kursundan sapmış Avropa İttifaqı adlı təşkilatı tam siyasi quruluşa çevirmək istəmirəm. Belə olan təqdirdə, təşkilat yeni adla çağırılmalıdır. Xalqların birgə əməkdaşlığını təcəssüm etdirəcək yeni Avropa... Bu, eyni zamanda ölkələrin yeni layihələrə qoşula biləcəyinə imkan verə biləcək alyans ola bilər. Qeyd edim ki, bu gün Avropa İttifaqının əsas problemi də faktiki olaraq totalitar olması ilə bağlıdır»-deyə, Le Pen bildirib.
Marin Le Pen Avropa ölkələrində onun fikirlərinə etimad göstərənlərin, xeyli inananların da olduğunu istisna etmir. Xatırladaq ki, bir müddət bundan əvvəl «TF1» telekanalına verdiyi müsahibə zamanı xanım namizəd arxa fondakı Avropa İttifaqının bayrağının çıxarılmasını tələb etmişdi. O, müsahibə zamanı Avropa İttifaqının ölkə və xalqına etdiyi bəzi pislikləri də sadalamaqdan çəkinməmişdi. Xanım namizəd «Europe 1» telekanalına verdiyi açıqlamalarda da bildirmişdi ki, bir çox iqtisadi tədbirləri , milli valyutanın xeyrinə avrodan imtina edərək də həyata keçirə bilərlər.
Qeyd edək ki, bir müddət bundan əvvəl Le Penin partiyadaşı Florian Filip də ölkədəki iqtisadi və sosial tədbirlərin avrodan imtina edərək qəbul edilə bilməsi barədə fikir söyləmişdi. «Rarisien» nəşrinə açıqlama verən Marin Le Pen vahid Avropa valyutası olan avronun əksər ölkələr üçün "yük" olduğunu bildirmişdi. O, milli valyutanın ölkə iqtisadiyyatında böyük rol oynadığını iddia etmişdi. Marin Le Pen ölkə başçısı seçiləcəyi təqdirdə, avrodan imtina ilə bağlı milli referendum keçirmək niyyətində olduğunu, vahid Avropa valyutasının müxtəlif ölkələrin həyati rəqabət fərqinin əks etdirmədiyini bildirib.
Qeyd edək ki, bu arada Fransa prezidentliyinə başqa bir namizəd –Makron da Avropa Birliyini «rexit» ilə təhdid edib. O, Avropa İttifaqının islahatlar keçirməyəcəyi təqdirdə, Fransanın bu təşkilatdan çıxması perspektivi ilə üz-üzə qalacağını bildirib. Prezident seçkiləri ərəfəsində "Avropa ideyası" və Aİ-nin siyasətini müdafiə etdiyini bildirən Makron bu ideyaların fransız xalqının qloballaşmasında rol oynadığını etiraf etsə də, artıq xalqının yarıdan çoxunun Apropa ideyalarına qəzəb nümayiş etdirdiklərini də dilə gətirib: «Buna görə də , Avropada islahatlar keçirmək lazımdır. Belə ki, bizə artıq xalqımızı qorumaq və qloballaşmanı həll edə bilən yeni Avropa lazımdır».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info