“Bakı-2017”: “Su səyahətinin iştirakçıları Qubada”
Tarix: 01.05.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Azərbaycanın tolerantlıq və multikulturalizm mərkəzlərindən sayılan qədim Quba mayın 1-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı olub.
AZƏRTAC xəbər verir ki, Quba rayonunda su səyahətinə Afurca şəlaləsindən suyun götürülməsi ilə start verilib. Ölkənin ən məşhur şəlalərindən sayılan Afurca rayonun cənubunda yerləşir. O, təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur. Təxminən 60 metr hündürlükdən axan şəlalə geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə edilir.
Ağırlıqqaldırma üzrə respublika çempionu Famil Mikayılov, kikboksinq üzrə dünya çempionatının gümüş medalçısı Fərid Həmzəyev, şahmat və rəsm həvəskarı Günel Qonaqova “Bakı-2017”nin misdən hazırlanmış səhəngini şəlalədən axan su ilə dolduraraq, Quba Meydanında keçiriləcək su festivalına yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.
Ağırlıqqaldırma üzrə respublika çempionu Famil Mikayılov möhtəşəm su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığını bildirib: “Biz hər kəsi Bakının ev sahibliyi edəcəyi möhtəşəm idman tədbirinə qatılmağa dəvət edirik. 190-dan çox idman sessiyasını izləmək və milli komandalarımıza azarkeşlik etmək, onlara dəstək vermək kimi inanılmaz fürsəti qaçırmayın!”
Sonra Quba Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Məktəblilər arasında təşkil olunan müxtəlif idman müsabiqələrində 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov, layihə rəhbəri Ülviyyə Əkbərova, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu şəhərdə”nin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov, Müşfiq Abbasov, həmçinin Hacı Nuran çıxış edərək, gələn ay Bakıda keçiriləcək mötəbər yarışların əhəmiyyətindən danışıb, məktəblilərə uğurlar arzulayıblar.
Daha sonra müsabiqəyə start verilib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, sertifikat, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.
Xəzərdən başlayan su səyahəti proqramı çərçivəsində bu gün axşam saatlarında Quba Meydanında su festivalı keçiriləcək, konsert proqramı və atəşfəşanlıq olacaq.
Xatırladaq ki, Xəzərdən başlayan səyahətin ilkin təqdimat mərasimi aprelin 5-də Bakı şəhərinin Daş Salnamə Muzeyində keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim edib. Daha sonra Xəzərdən başlayan səyahət proqramının tərkib hissəsi olaraq, uşaqlar həmin suyu özləri ilə birlikdə yaşadıqları rayonlara aparırlar. Bu su Bakı şəhərinin və İslam Oyunlarının Azərbaycanın rayonlarına xatirə hədiyyəsidir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info