İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “Gücümüz həmrəylikdədir” mövzusunda konfrans keçirilib
Tarix: 01.05.2017 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Mayın 1-də Bakıda IV Islam Həmrəyliyi Oyunları ilə əlaqədar “Gücümüz həmrəylikdədir” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə İslam Həmrəyliyi Oyunlarından bəhs edən sərgi ilə tanış olublar.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdıran nazir müavini milli komandamızın “Bakı-2017”də uğurla çıxış edəcəyinə əminliyini ifadə edib.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunan 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini tarixi hadisə kimi qiymətləndirib. Arenaların bu mötəbər yarışa tam hazır olduğunu bildirən nazir deyib: “57 ölkədən 3 mindən çox idmançı idmanın 20 növü üzrə birincilik uğrunda mübarizə aparacaq. Oyunların təşkilində birlik, sülh, hörmət və mükəmməllik 4 əsas dəyər olaraq qəbul edilir. Artıq mayın 1-dən idmançıların və nümayəndə heyətlərinin Atletlər Kəndində yerləşdirilməsinə başlanılıb”.
Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “İslam Həmrəyliyi Oyunları: Mədəniyyət və inkişaf üçün körpü” mövzusunda məruzə ilə çıxış edib.
Milli Məclisin deputatı, parlamentin gənclər və idman komitəsinin üzvü Rauf Əliyev “Qlobal idman tədbirlərinin regionlarda təzahürü”, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov “Beynəlxalq idman oyunlarının inteqrasiyalı cəmiyyətin formalaşmasında rolu” və digərləri məruzələrlə çıxış ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info