“CampAct” klubu mövsümü jurnalistlərlə açdı
Tarix: 01.05.2017 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


“Kempinq Azərbaycan turizminin inkişafına mütləq öz töhfəsini verəcək”
Bu gün ölkəmizdə bir çox sahələr kimi, turizmin inkişafı da prioritetdir. Dövlət başçısının dəfələrlə öz çıxışlarında turizmin inkişafının gücləndirilməsi ilə bağlı tövsiyələr verməsi bu sahənin dövlətin diqqətində olmasının göstəricisidir: “Ölkəmizdə güclü turizm sənayesi yaradılmalıdır. Əlbəttə, eyni zamanda bu sahədə böyük uğurları olan ölkələrin təcrübəsindən istifadə etməliyik”.
Turizmin inkişafının əsas yollarından biri də ölkədə qeyri-ənənəvi turizm sahələrinin tətbiq olunmasıdır. Artıq bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Üç könüllü gənc- Xəyal Məmmədxanlı, Əli Bədəlov, Xanım Səmədova tərəfindən 2015-ci ildə yaradılan “CampAct” (Camping Activity Club) klubun fəaliyyəti buna nümunədir. Kempinq, yəni düşərgədə istirahət Azərbaycan turizmində yenilikdir. Bir sıra özəlliyi olan bu turizm növünün ölkəmizdə tətbiqi üçün hərtərəfli şərait var...
Hobbi biznesə necə çevrilir?
“CampAct” builki düşərgə mövsümünü ölkənin aparıcı media qurumlarının nümayəndələri ilə aprelin 29-da Qubanın Qəçrəş kəndindəki “My Family” istirahət mərkəzində açdı. 20-ə yaxın çadırın qurulduğu düşərgə bütün lazımi avadanlıqlarla təmin olunmuşdu. “CampAct”ın yaradıcılarından olan Xəyal Məmmədxanlı bildirdi ki, Azərbaycanda ilk dəfədir jurnalistlər kempinq istirahət düşərgəsində dincəlirlər: “Əvvələr kempinq bizim üçün hobbi idi. Sonra biz bu hobbimizi biznesə çevirmək qərarına gəldik. Artıq üçüncü ildir ki, kempinq istirahəti təşkil edirik. Ölkədaxili kempinq istirahətini təşkil edən klub pərakəndə və korporativ müştərilərə təbiətdə gəzinti, dinlənmə və outdoor (çöl) təhsil turlarının təşkili xidmətini göstərir. İstənilən məkana sərfəli qiymətlə alternativ turlar təklif edirik. Turlar qrup şəklində təşkil edilir. Maksimum 30 və minimum 10 nəfərdən ibarət qruplar yığılır”.

“Dövlətin etdiyi islahatlar sahibkarlarda biznes ideyalarını həyata keçirməyə stimul yaradır”
“CampAct”ın təsisçisi Əli Bədəlov isə dedi ki, gənc sahibkar olaraq bütün ölkədə gedən proseslərə onlar da qoşulurlar: “Hər bir çağırışa öz reaksiyamızı veririk. Prezidentimiz hər dəfə çıxışlarında sahibkarları müəyyən iş qurmağa çağırır. Dövlətin də son zamanlar etdiyi islahatlar, istər-istəməz gənc sahibkarlarda müəyyən stimul yaradır ki, özlərində olan biznes ideyalarını həyata keçirsinlər. Biz də bundan həvəslənərək fəaliyyət göstəririk”.
Əli Bədəlov bildirdi ki, missiyaları insanların asudə vaxtını faydalı təşkil edib, onlara təbiət ilə sağlam təmasda olmağı və ətraf mühiti məişət tullantıları ilə çirklənmədən qorumağı təbliğ etməkdir: “Bu səbəbdən “Təbiət evimizdir” fəaliyyət şüarımız olaraq seçilib. İlk strateji hədəflərimiz Azərbaycanda kempinq istirahətinin və mədəniyyətinin inkişafında fəal iştirak etmək, kempinqi təbliğ etməklə vətəndaşlarımızın istirahət vərdişlərini dəyişmək və ekoturlara marağı artırmaq, ölkəmizin kempinq turizm potensialını xarici turistlərə təbliğ etmək, Azərbaycanda kempinq xidməti göstərən qabaqcıl kluba çevrilməkdir”.
Onun sözlərinə görə, kempinq Azərbaycan turizminin inkişafına mütləq öz töhfəsini verəcək: “Qlobal töhfədən danışmaq hələ tezdir. Amma istərdik ki, Azərbaycanda turizm agentlikləri bu istiqaməti də prioritet seçsinlər. Gərək bizim kimi gənc sahibkarlar kütləvi olsun ki, Azərbaycanı bu turizm növü əhatə etsin. Ümid edirik ki, gələcəkdə bu fəaliyyət genişlənəcək. Bununla xarici turistləri də ölkəmizə cəlb etmək mümkün olacaq”.
Açıq səma altında KİV-in indiki durumu müzakirə olunub
Əli Bədəlov kempinqin özəlliyindən də danışdı: “Ənənəvi turizmdə istirahət edənlər standart qalma şəraiti, qidaları və s. artıq bilirlər. Onlar özləri üçün ərazini seçməkdə sərbəst olmurlar. Kempinqin özəlliyi ondan ibarətdir ki, turistə sərbəstlik daha çox verilir. Artıq səyahətçi özü istədiyi mənzərəni diqtə edə bilir. İstədiyi çadırı özü qurur, istədiyi qidanı özü hazırlayır və ya təşkilatçılara sifariş edib ümumi fəaliyyətə qoşulur. Eyni zamanda turist burada fərqli fəaliyyətlərlə tanış ola bilir. Bununla yanaşı, turistə təbiətdən təkbaşına baş çıxarmağın yolları aşılanır”.
Jurnalistlərin istirahət vaxtlarını səmərəli keçirməsi üçün meşə gəzintiləri təşkil olundu. Həmçinin bu müddətində media nümayəndələri əyləncəli və düşündürücü oyunlar oynadılar. Günün ikinci yarısında isə jurnalistlər açıq səma altında KİV-in indiki durumu ilə bağlı fikir mübadiləsi apardılar.
Fuad Hüseynzadə
(Bakı-Quba)




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info